Emin Ağalarovun Samarada konserti olmayacaq!!!


Əvvəlcədən də xəbər verildiyi kimi Rusiyanın tanınmış estrada mügənnisi Emin  Ağalarovun  “Rusiya turu-2023” layihəsi çərçivəsində növbəti konsertinin  fevralın 26-da  Samara şəhərində olacağı gözlənilirdi.  Şəhər filarmoniyasının qarşısında Eminin şəkli olan konsert afişası belə asılıb.

Konsertin  “Xocalı faciəsi”nin  ildönümü   tarixi ilə eyni vaxtda təsadüf etməsi  sosial şəbəkələrdə haqlı olaraq kəskin etirazlara səbəb olub.

Ölkəmizi  sevən, hər zaman azərbaycanlı olmaqdan qürur duyduğunu dilə gətirən tanınmış mügənninin belə bir addım atacağına inanmayaraq  konsertin planlaşdırılmasında  bir yanlışıq olduğunu düşündüm.  Buna aydınıq gətirmək  üçün Eminin prodüseri  ilə əlaqə qurmaq  cəhdim baş tutmadı.

Samara vilayəti Azərbaycanlıları Liqası (LASO) idarə heyətinin sədri Şirvan Kərimova müraciət edərək ondan bu barədə açıqlama  istədim. Mənimlə telefon söhbətində Şirvan Kərimov birmənalı şəkildə  və qətiyyətlə bu sözləri söylədi.

“Emin Ağalarovun  fevralın 26-da Samara şəhərində  konserti  olmayacaq”.

Şirvan Kərimovdan bu məsələyə  daha  ətraflı aydınlııq  gətirməsini istəsək də, o, hazırda Moskvada olduğunu söylədi və  şərh verməyə vaxtım yoxdur dedi.  Onu da əlavə etdi ki, Eminin  konserti Samarada nə zaman olsa mən şəxsən Sizi dəvət eədcəm.

Xatırladım ki,  Şirvan Kərimov Samara Vilayəti Quberniya Dumasının mədəniyyət, idman, gənclər siyasəti və turizm məsələləri üzrə  komissiyasının, eləcə də  İctimai palatada mədəniyyət, gəclər siyasəti,  millətlərarası münasibətlər və dini  məsələlərə üzrə komissiyanın üzvüdür. İki ciddi komissiyanın nümayəndəsinin fikri təbii ki, əsaslıdır və  bizim bu konsertin olmayacağı barəsində heç bir şübhəmiz qalmır.

Tünzalə Vəliqızı
Moskva, 22.02.2023

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir