HƏMİŞƏCAVAN AĞSAQQAL
Bu gün Moskvada yaşayan həmyerlimiz Tahir Soltan oğlu Hacıyevin 70 yaşı tamam olur. Sizə təqdim etdiyimiz təbriklər onun həmkarları, tanışları arasında necə nüfuz sahibi olduğunun çox kiçik sübutudur. Tahir bəy bu yetkin ömrünə həqiqətən sanballı “sərvətlə” gəlib. Hər zaman üzündə xəfif təbəssüm, hərəkətlərində bir ağırlıq, danışığında təmkin olan yubilyar üçün “özünün özgənin” məsələsi yoxdur, sadəcə həll olunmalı məsələ vardır və bu işin başında mütləq şəkildə özü dayanır. Doğulub-böyüdüyü İnçə kəndindən tutmuş Moskvaya qədər, keçmiş SSRİ-nin, bugünkü Rusiyanın elə bir güşəsi tapılmaz ki, oradakı azərbaycanlıların problemlərini Tahir bəy öz şəxsi məsələsi kimi qəbul etməsin.

Onun fəaliyyəti geniş söhbətin, böyük müsahibələrin mövzusudur və ayrıca təqdim olunacaq. İndi isə Tahir bəyi təbrik edənlərin bir qisminin ürək sözlərinə qoşularaq onları Sizin ixtiyarınıza veririk.

Rusiyadakı üç milyonluq azərbaycanlılar icmasının arasında elə şəxsiyyətlər var ki, öz ana Vətəninə sonsuz məhəbbətlə yanaşı övladlarının, nəvələrinin Vətəninə çevrilmiş Rusiyaya da eyni məhəbbətlə bağlanıblar. Bunlardan ən bariz Tahir Hacıyevdir. Öz ana Vətəninin tarixini, mədəniyyətini rus ictimaiyyətinə çatdırmaq, beləliklə zəngin rus mədəniyyəti ilə bağlaşmaq hər iki xalqın rəğbətinə səbəb olur.
Əziz Tahir bəy! Arzu edirəm Yaradan Sənə hər iki xalq üçün düşündüyün xoş niyyətləri həyata keçirməkdən ötrü uzun ömür versin! Sənə, dostlarına və yaxınlara bu yolda xoşbəxtlik və uğurlar arzulayıram!

Əziz Tahir müəllim! Sizi ad gününüz münasibətilə təbrik etmək mənə xoşdur. Rusiya azərbaycanlılarının ictimai fəaliyyətini Azərbaycanın çılğın vətənpərvəri və Rusiyanın layiqli vətəndaşı kimi Sizsiz təsəvvür etmək mümkün deyil. Sizə uzun ömür, sağlamlıq, xoş əhval-ruhiyyə və tükənməz enerji arzulayıram!

Dəyərli qrupdaşlar bu gün 🇦🇿Milli Birlik 🇦🇿qrupumuzun fəxri üzvü,xalq arasında El Atası çağrılan Rusiya Azərbaycanlılarının ağsaqqalı xeyriyyəçi iş adamı Tahir bəy Soltanoğlu 70 yubileyini geyd edir. Gördüyü gözəl işlərindən biri -Bakı şəhərində ali məktəblərdə təhsil alan 18 qız balalarımız üçün təmənnasız yataqxana təşkil etməsidir. Onunla gürur duyur və eşq olsun deyirik!
Hörmətli qrupdaşlar, izninizlə bütün qrupumuz və adminlər adından dəyərlimiz Tahir Soltanoğlu Hacıyevi doğum günü münasibətilə cani-könüldən təbrik edirik! Ona həyata keçirmək istədiyi arzu və istəklərinə qovuşması diləyiylə, “Yubileyiniz mübarək olsun!”- deyirik!

Hörmətli Tahir Müəllim, mən sizi 70 illik yübileyiniz münasibətilə təbrik edirəm, Sizə möhkəm can sağlığı arzulayıram! Siz sözün əsl mənasında Ağsaqqalsınız. Sizin vətənpərvər, millətini, xalqını və dövıətimizi, dövlətçiliyimizi sevib təbliq etməyiniz çoxlarını qıcıqlandırır, bizlərə isə qürur verir! Düşünütəm ki, siz gənclərimizə arxalanaraq hələ bu yolda çox işlər görəcəksiniz! Mən sizə turduğunuz bu çətin yolda bir daha uğurlar arzulayıram!

Bu gün, ağıl və müdrikliyi, təşkilatçılığı ilə hamımızin ağsaqqal kimi tanıdığımız Tahir Hacıyevin doğum günüdür. Yetmiş yaş böyük bir tarixdir, hikmət və təcrübənizlə, xeyirxah əməllərinizlə dolu bir tarix.. Alicənablıq, insanpərvərlik, səmimiyyət kimi ali insani keyfiyyətlərə malik olan Tahir bəyi belə bir əlamətdar günündə – yetmiş illik yubileyi münasibətilə təbrik edirəm. Həmişə olduğu kimi bundan sonra da ruhən gənc qalın. Sizə ilk növbədə can sağlığı, uzun ömür arzulayıram. Həmişə ailənizin və dostlarınızın diqqəti, qayğısı və istiliyi ilə əhatə olunasınız. Biz də həmişə Sizin oçağınızın istisinə yığışaq. Doğum gününüz mübarək,Tahir bəy!

Bu gün vətənpərvər, alicənab, xeyirxah, ədalətli, sözü ilə əməli bir olan gözəl insanın – Dəyərli Tahir müəllimin 70 yaşı tamam olur. Tahir müəllimlə müxtəlif vaxtlarda Bakıda eyni məktəbi – fizika-riyaziyyat təmayüllü internat məktəbini bitirmişik. Məktəbin bir çox müəllimləri hər ikimizə dərs deyib. Uzun illər Moskvada yaşamağımıza baxmayaraq, ilk tanışlığımız 2010-cu ilin dekabrında Almaniyanın Bonn şəhərində keçirilən Dünya Azərbaycanlılarının Qurultayında olub. Tanış olduğumuz gündən bu günə kimi mən bu insana heyran olmaqdan yorulmuram.
Tahir müəllimi həyatının əlamətdar günü – 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!

Tahir bəy Soltanoğlu azərbaycançılığı, türklüyü özündə təcəlla edən şəxsiyyətlərimizdəndir. Onun milli-mənəvi dəyərlərinə sevgisi mənim üçün həmişə örnəkdir. Ən xoş və səmimi arzularımı bildirirəm.

Heç əlinə alma əsa,
Düşmənlərin batsın yasa,
Hər kəs yüz il yaşamasa,
Günah onun özündədir!
Əziz dostum Tahir müəllim, Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm! Sizə can sağlığı, uzun ömür, içtimai fəaliyyətinizdə uğurlar arzulayıram!

Gözəl İnsan, təmiz ürəkli, müdrük Ağsaqqal – 70 il – 70 illik xatirələr! Qarşıda o qədər də niyyətlər-arzular! Siz həyatda çox işlər görmüsünüz və görəcəksiniz! Zaman göstərdi ki, Siz bütün çətinliklərə baxmayaraq arzularınıza çatırsınız! İnşallah belədə olacaq! Sizi bu Yubiley münasibətlə təbrik edirəm, cansağlığı, uzun ömür diləyirəm!

Əziz Tahir Soltan oğlu! Ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edirik! Bizim “Mübariz” Güləş qrupu Sizi sevir və klubun idman həyatındakı iştiraknızı yüksək qiymətləndirirlər. Yubiley günü Sizə minnətdarlıq etmək, möhkəm can sağlığı, bütün işlərinizdə uğurlar diləmək istəyirik! Həmişə cavan və möhkəm olun!

Tahir müəllim, 70 illik yubileyinizi təbrik edirəm! Arzum budur yaş məqsədlərinizə əngəl olmasın! Hər uğurunuz asan və sevinclə qazanılsın! Səadət, sağlıq, firavanlıq, hüzur, sevgi və könül xoşluğu arzulayıram!

Görkəmli şəxsiyyət və dahi insan olan cənab Tahir Hacıyevi 70 illik yubileyi münasibətilə təbrik edir, sağlam və hüzurlu ömürlə 101 yaşa çatmağını səmimi qəlbdən arzu edirəm!

Qəlbi səxavətli,qayğıkeş insan,hörmətli Tahir bəy, Sizi doğum gününüz münasibətilə təbrik edirəm! Sizə və ailənizə uzun ömür, can sağlığı və tükənməz uğurlar diləyirəm!

Moskva Vilayəti Puşkino şəhər daurəsi Azərbaycan İcmasinin rəhbəri,
Hörmətli Tahir müəllim, yubileyiniz münasibəti ilə sizi səmimi gəlbdən təbrik edirəm! Sizin Xalgımız və İcmamız üçün ğördüyünüz işlər Təgdirəlayigdir. Cəmiyyətin tərəggisi yolunda çalışmag çox çətin və şərəfli bir vəzifədir. Hər insana bu mügəddəs iş nəsib olmur. Çünki insanların əksəriyyəti öz ğündəlik problemləri və yaxinları ilə ömür yaşayırlar, hətta maddi imkanları kifayət gədər olsa belə Xalgı, Cəmiyyəti düşünən, öz gazancını və vaxtını bu yolda sərf edən insanlar həmişə azlıg təşkil edir. Tahir nüəllim, Sizin bu işlərdə fədakarlığınız gürür hissi doğurur və sizin millətsevər və səxavətli bir insan olduğunuzdan xəbər verir.
Mən əminəm ki, hələ planlarınız, arzularınlz çoxdur. Bu arzu və istəklərin həyata keçməsində sizə möhkəm can sağlığı və uğurlar arzulayıram. Yubileyiniz mübarək!

Tahir bəy çox xeyirxah və təvazökar bir insandır. İkinci belə bir insanı mən tanımıram. Dəyərli ağsaggalımızı 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Ümüdvaram ki, Tahir Soltan oğlu hələ uzun müddət Rusiyada yaşayan azərbaycanlıların icma halında formalaşması üçün öz çabalarını əsirgəməyəcək.

Hər kəs bu dünyaya bir missiya ilə gəlir. Bəzən sən yolu, bəzən də yol səni seçər. 70-ə yetişən yolçuluğunda yol da oldu, yoldaş da. Moskvadan Azərbaycana yol saldı. Həm maddi, həm mənəvi anlamda. «Elindən, evindən aralandığın qədər uzaqdasan. Əsas odur özündən uzaqlaşmayasan»- bu devizlə yol aldı. Ardından və adından danışdıran Adam olmaq yolunu seçdi. Bir sözlə, Yaşı ömrünə naxış, Əməli adına alqış olanlardandır-Tahir Hacıyev– Rusiya azərbaycanlıarının Ağsaqqalı Hacı Tahir!
Ədəbi portretini çızmaq istəsəm… Neçə-neçə yazılan əsərlərin işıq üzü, neçə-neçə tələbənin dayağı, neçə-neçə ailənin ümid çırağı.. Xeyirxahlığının coğrafiyası geniş, motivi rəngarəngdir. Adəti üzrə yenə arxa planda, irəli gedənlərin arxasından boylanır 70-ə. Bu gün redaksiyamıza göndərilən ardı-arası kəsilməyən təbriklər, minnətdarlıqlar bunun təsdiqidir!
7-dən 70-ə bu və ya digər şəkildə bir çoxlarının həyatına toxunan Hacı Tahiri “Yeni SƏS” kollektivi adından ürəkdən təbrik edirik!
Tünzalə Vəliqızı, Moskva
27.01.2025
yeni_ses@mail.ru