Ermənilər müharibənin başlayacağı tarixi açıqladılar


Ermənilər müharibənin başlayacağı tarixi açıqladılar

Son günlər Ermənistan-Azərbaycan sərhəddində və Qarabağdakı döyüş zonalarında vəziyyətin gərginləşməsi səbəbindən müharibə bəyanatları artmağa başlayıb. Serj Sarkisyanın son təhdilə dolu bəyanatına cavab verən rəsmi Bakı isə bildirib ki, Ermənistan prezidenti nağıl danışır.

Bu əsnada isə Qarabağ müharibəsinin yenidən başlayacağı ilə bağlı istər yerli, istərsə də xarici ekspertlər proqnozlarını açıqlayırlar. Erməni tərəfi isə bu gün müharibənin nə zaman başlaya biləcəyinə dair konkret tarix göstərib. TİA.AZ xəbər verir ki, erməni ekspert Viktor Yaqubyan yazdığı təhlili yazısında qeyd edib ki, hal hazırda durum çox ağırdır və faktiki vəziyyəti «müharibə öncəsi vəziyyət» kimi qiymətləndirmək lazımdır.

Yaqubyan öz təhlilində bir qədər də irəli gedərək bildirib ki, Qarabağda müharibə payızda başlaya bilər. «Artıq xarici və daxili güclərin balansı pozulub. Hal hazırda istər Ermənistan, istərsə də Azərbaycan liderləri davamlı olaraq xarici təzyiqlərlə üz-üzə qalıblar. Bu həm siyasi, həm də iqtisadi sahədə baş verir. Əgər vasitəçilər tərəfləri danışıqlar masası arxasında əyləşdirə bilməsələr, o zaman bu ilin oktyabrında avtomatik olaraq müharibənin başlaması qaçılmaz olacaq».


Bir cavab yazın