İlqar Hacıyev: Ramil Səfərovun əfv olunması dövlətimizin haqq işi uğrunda savaşan vətənpərvər oğullarına qayğısının bariz nümunəsidir!
Bu gün Ramil Səfərovun Macarıstan həbsxanasından Azərbaycana ekstradisiya edildikdən sonra prezident tərəfindən əfv olunması Moskvadakı azərbaycanlı cəmiyyətlərində də böyük sevinclə qarşılanıb. Sevincimizi bölüşmək üçün Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Haciyevlə əlaqə saxladıq. Hal-hazırda Bakıda olduğunu bildirən İlqar Hacıyev torpaqların azadlığı uğrunda vuruşub, doğulduğu torpağı işğal altında olan, amma vətən təəssübünün, qeyrətinin, azərbaycançılığının tapdalanmasına izin verməyən və buna qarşı ölümü gözə alıb məhküm edilən Ramil Səfərovun azadlığına hamı kimi mən də sevinirəm dedi.
“Bu gün səhərdən biz də bir-birimizə gözaydınlığı verir, təbriklər söyləyirik. Ramilin Macarıstan həbsxanasından Azərbaycana gətirilməsində ölkə başçısının xüsusi qayıgısı və zəhməti sayəsində başa gəlib. Ali baş komanda İlham Əliyev Ramil Səfərov kimi milli qəhrəmanımızın –mən onu milli qəhrəman və fəxrimiz sayıram, fikrimcə bütün Azərbaycan xalqı ilk gündən onu məhz bu gözdə görüb və qəbul edib- əfv olunması fərmanini imzalamaqla Vətən uğrunda vuruşan oğlanların arxasında olduğunu göstərdi. Ramilin ölkəyə gəlişi və bu əfq fərmanı gənclərimizin hərbi-vətənpərvərlik ruhunun artmasına təsirini göztərəcək”-deyə diaospor yetkilisi hisslərini paylaşdı.
ÜAK Moskva bölməsinin rəhbəri İlqar hacıyev Moskvaya qayıdanda bu tarixi addımı yüksək səviyyədə qeyd etmək üçün böyük bir tədbir keçirməyi palnlaşdırdığını da söylədi. “Bütün Azərbaycan xalqını təbrik edirəm, gözümüz aydın olsun! Vətən oğullarımız. Tam irəli!”
Tünzalə Vəliqızı
/Yenises.ru/