Turqut Özalın meyidindən doğan müəmmalar
Türkiyənin 8-ci prezidenti Turqut Özalın məzarı açıldıqdan sonra “öldürüldümü” iddiaları gündəmə gəlmişkən oğlu Ahmet Özal bu səpkidən olan sorulara canlı yayımda cavab verib.
Turqut Özalın ölməsinin sui-qəsdə bağlı olmasını araşdırmaq lazım olduğunu bildirib. “Baş nazir 1-2 gün əvvəl anamla telefonda danışmışdı. Özünün bu hadisədən çaşdığını ifadə edib. Bu sui-qəsdin mütləq araşdırılmasının lazım olduğunu bildirib”-deyə Ahmet Özal deyib.
Baş nazirə minnətdarlıq edən Özalın oğlu niyə atasının ölümünün sui-qəsd olacağı ehtimalını nəzərdən keçirməyi 18-19 il gözlədikləri ilə bağlı suala “Mən gözləmədim, sadəcə kimsə ciddiyə almadı” cavabını verib.
Məzar açıldıqdan sonra nəşin bəzi orqanlarının xarab olmadığının da cox çaşdırıcı olduğunu bildirib Ahmet Özal. “Alimlərdən soruşdum, beynin, qaraciyər, böyrəklərin olduğu kimi qalması müəmmalı. Beyni heç aşıqlaya bilmirlər. Beyin 6 saat sonra yox olub gedərmiş. 20 il durmaz yerində. Beyin tibbi ekspertizanın işini cox asanlaşdırdı. 19 il əvvəl bəlkə də o maddə tapılmaya bilərdi”.
/Yenises.ru/