Jirinovski Rusiya himnindən “qardaş xalqlar”” ifadəsinin çıxarılmasını təklif etdi”
Jirinovski Rusiya himninin uzun olduğunu və orada “qardaşlıq”” ifadəsinin bu günlə səsləşmədiyini düşünür. Elə ona görə də himnin mətninin dəyişdirilməsini istəyir.
Jirinovski Rusiyanın dövlət himnindən qardaş xalqlar ittifaqı sətirinin çıxarılmasını təklif edib. “”Rusiya xəbərlər xidməti”” Jirinovskinin bu təklifi Dövlət Dumasının iclasında dilə gətirdiyini xəbər verib.
“”İndi bu xalqlar kimdir? Fasitlər və qatillər? Dünyada ən üzün olan, çox uzun himndir. Hətta idmançılar belə dözə bilmir””-deyə Jirinovski söyləyib. Onun sözlərinə görə qardaşlıqdan danışan sətirlərin hamısını götürmək lazımdır.
Bu il sentyabrın 8-də Ştutqartda bədii gimnasitia üzrə dünya çempionlarının mükafatlandırılması zamanı iki dəfə Rusiya himnini dəyişik salıblar. Bundan sonra himni orkestrsiz oxumağa məcbur olublar.
Rusiya himni nəqarətlə birlikdə 3 bənddən ibarətdir. O 2000-ci ildə təsdiq olunub. Aleksandr Aleksandrovun yaratdığı sovet dövrünün musiqisiylə müşaiyət olunan himnə yeni sözlər yazılmasını o zaman Vladimir Putin təklif etmişdi. Sözlərin müəllifi Sergey Mixalkov olmuşdu. “”Qardaş xalqların birliyi qədimdir”” sözləri himnin nəqarətində 3 dəfə səslənir.
/Yenises.ru/“