Kadırov Kiyevi hədələdi. “Ora getmək istəsəm kimsə adın nədir deyə soruşa bilməz”””


Kadırov Kiyevi hədələdi. "Ora getmək istəsəm kimsə adın nədir  deyə soruşa  bilməz"
“Mən Kiyevə getmək istəsəm, kimsə məni saxlaya bilməz”” Bu sözləri Çeçenistan prezidenti Ramzan Kadırov Ukraynanın RF-na və şəxsən ona qarşı sanksiya xəbərini şərh edərkən söyləyib.

Kadırov onu da qeyd edib ki, bu qədər problemi olduğu halda Rusiyaya qarşı sanksiya tətbiq etməklə məşğul olan Poroşenkoya yazığı gəlir. Çeçenistan başçısı əlavə edib ki, Rusiya Ukraynanın düşməni deyil, əksinə ən dirinici ona yardım əlini uzadandır. Rus və ukrayna xalqları arasında divar hörmək ukraynalıları heç də xoşbəxt etməyəcək.

Hazırkı sansiya paketini Kadırov “”sabun köpüyü”” adlandırıb. O, Ukrayna hökümətini bu qərarla vətəndaşlarını özünə güldürməməyə çağırıb. Və sonunda onu da əlavə edib ki, əgər ona Kiyevə getmək lazım olarsa, o zaman “”Onu heç kim , heç vaxt saxlaya və adını belə soruşmağa cəsarət edə bilməz””-deyə çeçen lideri Instagram səhifəsindən bu fikirləri paylaşıb.

/Yenises.ru/


Bir cavab yazın