Putin sentyabrın 7-də İrana işgüzar səfərə gedir
Sentyabrın 7-də Rusiya prezidenti Vladimir Putin Astana görüşlərində Suriya münaqişəsinin həllinin qarantı olan ölkə başçılarının üçüncü üçtərəfli görüşündə iştirak etmək üçün İran İslam Respublikasına işgüzar səfər edəcək. Bu barədə Kremlin mətbuat xidmətindən xəbər verilib.
Səfər çərçivəsində İran lideri Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş planlaşdırılıb.
“Rusiya prezidenti ilə İran və Türkiyə liderləri arasındakı ikitərəfli görüşlər də planlaşdırılır”” -deyə bəyanatda qeyd edilir.
Bundan əvvəl xəbər verilmişdi ki, sentyabrın 7-də Tehranda keçiriləcək zirvə toplantısında Rusiya, Türkiyə və İran prezidentləri Suriya münaqişəsinin həllinin bütün aspektlərini, həmçinin kimyəvi silahlardan istifadə təxribatı məsəsləsini müzakirə etmək niyyətindədirlər.
Yenises.ru“