XİN Rusiya ÇVK-sının başqa bir ölkədə də olduğunu etiraf etdi
Rusiya xarici işlər nazirliyi Sudanda dövlətlə əlaqəsi olmayan rus özəl mühafizə kompaniyasının (ÇVK) olduğunu təsdiq edib. Bu barədə RİA Novosti-yə qurumun nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə rus firması sırf Sudanın güc strukturları üçün kadr hazırlığı ilə məşğul olur. O, onu da əlavə edib ki, bununla bağlı istənilən digər xəbərlər yalandır.
Yanvarn 15-də Rusiyanın Xartumdakı səfirliyinin mətbuat attaşesi Vladimir Tomski bu mövzuda danışmışdı. O, Sudanda kütləvi aksiyaların qarşısını almaqdan ötrü hökümətin rus muzdlularıın yardımından bəhrələndiyi məlumatını şaiə adlandırmışdı.
Öklədə yanacağın və çörəyin qəfil bahalaşması ilə əlaqədar nümayişlər və ondan sonra qarmaqarışıqlıq başlamışdı. Bu müddətdə 20 -dən çox adam ölmüş, və aralarında siyasi fəallar və jurnalistlər də olmaqla 800-dən çox adam həbs edilmişdi.
Hələ 2018-ci ilin noyabrında xəbər verilmişdi ki, milyonçu Yevgeni Priqojinin adı ilə bağlı olan muzdlular bir neçə Afrika ölkəsində təhlükəsizlliyi təmin etmək xidməti ilə məşğuldur. Onlar arasında Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqasqar, Qvineya, Anqola, Mozambik, Zimbabve, Mərkəzi Afrika Respublikası da var.
O da deyilir ki, biznesmen muzduların və siyasi ekspertlərin köməyi ilə silahdan istifadə və seçkiqabağı kampaniya təşkil etməyi öyrədir. Bu xidmətin əvəzində faydalı qazıntılar çıxarmaq imkanı qazanır-deyə sənəddə göstərilir.
Bununla yanaşı, XİN-də qeyd edilir ki, Mərkəzi Afrika Respublikası ərazisində olan rusiyalı mütəxəssislər ölkənin silahlı qüvvələrinin güclənməsinə yardım edir və onları heç bir şəkildə “muzdlu kateqoriyasna”” daxil etmək olmaz.
Yenises.ru“