TÜRKLƏR İSTANBULDAKI RUSİYA BAŞ KONSULLUĞUNUN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİRLƏR


TÜRKLƏR İSTANBULDAKI RUSİYA BAŞ KONSULLUĞUNUN QARŞISINDA ETİRAZ AKSİYASI  KEÇİRİRLƏR
Rusiyanın İstanbuldakı Baş Konsulluğunun qarşısında etiraz mitinqi keçirilir. NTV telekanalının əməkdaşı İradə Zeynalovanın Twitter hesabından paylaşdığı məlumatda İstanbulda Rusiya konsulluğu ətrafında insanlaırn toplandığı bildirilib. Hüquq mühafizə orqanlarının əməkdaşlaırnın Rusiya konsulluğunu binasını ətrafında təhlükəsizlik tədbirləri üçün hazır vəziyyətə olduğunu da qeyd edir.

Diplomatik nümayəndəliyə toplaşan insanlar Suriyada 33 türk əsgərinin ölümüylə nəticələnən hücumda Rusiyanın əli olduğundan şübhələnir və hiddətləndiklərini nümayiş etdirirlər.

Türkiyənin Anadolu agentliyinin verdiyi məlumatda isə Rusiya diplomatik nümayəndəliyinin qarşısına toplaşan etirazçılar Suriyanın İdlib bölgəsində bütün hərbçilərinin həlak olmasında cavabdeh olanların cəzalandırılmasını tələb ediblər. Etirazçıların sözlərinə görə, hərbçilərin ölümünə görə Rusiya məsuliyyət daşıyır.

Bununla əlaqədar olaraq Türkiyə hüquq-mühafizə orqanları Baş Konsulluğun binasında təhlükəsizlik tədbirlərini gücləndirib.

YENİSES.RU


Bir cavab yazın