Dul qadınlara təqaüd verilməsin !!!


Dul qadınlara təqaüd verilməsin !!!
Babalar bunu tələb edirlər.

Antalyadakı Qazipaşa mahalının Kahyalar diyarı, Asarcıq məhəlləsində yaçayan 86 yaşlı Ahmet Demir hökümətin dul qadınlara təqadüd verilməsinin tətbiqinə başlanmasına etiraz etdi. 2008-ci ildə 64 yaşlı arvadı rəhmətə getdiyindən dul qalan Ahmet 5 ildir yalnız yaşadığını dedi. “Dərdim bəlli, dul qadınlara hökümət 250 lirəlik təqaüd verincə onlar da ərə getmək istəmirlər”-deyə şikayət edib Ahmet Demir.

Onu da qeyd edək ki, Ahmet 50-60 yaş arasında qadın axtarır, maddi sıxıntısı yoxdur, fiziki cəhətdən də gümrahdır və arvadı ona qulluq etməyə yox, özü ona baxmaq, qayğısını çəkmək üçün evlənmək istəyir. Hətta qadının sürücülük vəsiqəsi olarsa, ona maşın, traktor da ala biləcəyini söyləyib. Anlaşılan Ahmet Demir “qulaq yoldaşı” axtarır.

76 yaşlı Hasan Özdəmir də, “Təqaüd alan qadın evlənmək istəmir, onların “dövlət mənə pul verir, gedib başqasınn qəhrinimi çəkəcəm ?”- dediklərini bildirib. 72 yaşlı Mustafa Kaplan da, “daha təqaüd var, qadının ərə ehtiyacı yox, əvvəl ehtiyacdan ərə gedirdilər”-deyir.

63 yaşındakı Derviş Taşkın isə, hökümət dul kişilərə də təqaüd versin, bu yaşdan sonra evlənmək nəyə gərəkdir-deyə dərdini belə anladıb.

/Yenises.ru /


Bir cavab yazın