Rusiyadakı müsəlmanların menyüsünə: əvvəl reklam, sonra “multik”


Rusiyadakı  müsəlmanların menyüsünə: əvvəl reklam, sonra “multik”
Sırada nə var?
Sovet dövündə adına multiplikasiya filmi dediyimiz indi cizgi filminə dönən uşaq filmləri də siyasətə mövzu oldu. Rusiyada dini ayrıseçkilik zəminində millətlərarası munasibətləri yaxşılaşdırmaq baxımından həyata keçirilən hökümət proqramına daha bir yenisi əlavə olunacaq. “Gəlmə”lərin də “adam” olduğunu anlatmaqdan ötəri müsbətyönlü reklamlara pul ayıran Moskva meriyasının ardından Rusiya müftilər şurasının sədri Ravil Qaynutdinin təşəbbüsü açıqlandı.

Yenises.ru-nun İTAR-TASS-a istinadən verdiyi məlumatına görə Müftilər Çurasının IV qurultayında Ravil Qaynutdin Rusiyada müsəlmanlar haqqında cizgi filmləri çəkilməsi təşəbbüsü ilə çıxış edib.

Bundan başqa müftilər şürası radio və televiziya, o cümlədən smartfonlar üçün də yeni proqramlar yaradılmasına qərar verib. “İctimailəşdirmək və öyrətməklə birgə” bu proqramı sosial şəbəkələrdə də aktivləşdirmək nəzərdə tutulur-deyə şuranın saytında bildirilir.

Müftilər Şurası islam və müsəlmanın Rusiya informasiya məkanında obyektiv imicini yaratmaqdan ötəri mass-media ilə əlaqələri genişləndirməyin vacibliyini də vurğulayır. Bunun üçün federal KİV nümayəndələri ilə mütəmadi görüşlər keçirmək planlaşdırılır.

Şənbə günü həm də “İmanlı müsəlmanların hisslərini təhqir etməmək üçün jurnalistin yaddaş kitabçası” təqdim edilib. Sənədin Prezident yanında milli münasibətlər Şurasına təqdim ediləcəyi də qey edilir.

Yaddaş kitabçasında KİV-də islamla bağlı terminlərlərdə jurnalistlərin tez-tez etdiyi səhvlər xatırladılır və onların düzgün işlədilməsi variantı göstərilir.

Hər halda msəlmanı adam hesab etməyən ölkəyə “biz də adamıq”” demək çərçivəsində həyata keçirilən proqramlara imicin dəyişməsinə nə dərəcədə yardım edəcək, bu zamana və insanıarın onu onu qəbul etməsinə bağlıdır.

Ayxan Azəroğlu
/Yenses.ru/


Bir cavab yazın