Moskva vağzallarında miqrantları yoxlamaq üçün məntəqələr peyda olacaq


Moskva vağzallarında miqrantları yoxlamaq üçün məntəqələr peyda olacaq
Moslva meri Sergey Sobyanin miqrantlarla necə mübarizə aparacağından danışıb. Merin sözlərinə görə vağzallarda və böyük avtovağzallarda miqrantları yoxlama məntəqələri yaradılacaq. “Vagzal və vagzalətrafı meydanlarda operativ-profilaktik tədbirlər yerindəcə xaricilərin qanunsuz leqallaşmasına və onun vasitəçilərinə nəzərəçarpacaq dərəcədə zərbə vuracaq”-deyə mer qeyd edib. Onun sözlərinə görə bu cür ölçü qeyri-leqalların əsas kanallarını bağlaycaq.

MDB ölkəlrindən gələn vətəndaşların Rusiyaya dəvətnamə ilə buraxılacağının da qaçılmaz olduğu haqqında Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski jurlaistlərə məlumat verib. O, bu çətin məsələ üzərində bir az işlənməli olduğunu da qeyd edib.

Rusiyadan deportasiya olunanlara güman edilən aministiya barəsindəki suala isə FMXpnin başçısı: “Aministiya ediləcək kimsə yox, biz Rusiyaya qanuni şərtlərlə gəlinməsi üçün şərait yaradırıq, amma yenə də miqrasiya rejimi pozulur”-deyə RBK sitat ondan gətirir.

Kollegiya iclasında FMX başçısı paytaxtda miqrasiya yükünün artıq olmasından danışıb. Bu gün Moskvada 200 ölkənin nümayəndəsi yaşayır, amma miqrasiya qeydiyyatında yarım milyon adam durur.

Romodanovski şəraitin neqativ məqamlarına diqqət çəkib. Onun sözlərinə görə paytaxtda olan xaricilər öz qaydaları ilə yaşayırlar. Bundan başqa onlar qanunları pozur bu da moskvalıları qıcıqlandırır və bu da özlüyündə millətlərarası konfliktə və ksenofobiyaya gətirib çıxarır.

Sözə söykək olaraq, RİA “Novosti” bu il gəlmələr arasında cinayətkarlığın artdığı haqda məlumat verib. DİN-nin məlumatına görə Moskvada hər baş verən 5 cinayət miqrantlar tərəfindən törədilib. “Bu ilin 4 ayı ərzində şəhər miqyasında kriminogen vəziyyət cinayətin 42 faiz artımıyla xarakterizə olunur ki, bunun da çoxu da yaxın xaricdən gələnlər tərəfindən törədilib. Bu kateqoriyadan olan vətəndaşlar tərəfindən törədilən ağır və xüsusi ağır cinayətlər isə 72 faiz artıb”-deyə Moskva şəhəri üzrə DİN-nin baş idarəsinin rəis müavini Oleq Baranov məlumat verib.

Ayla Azəri
/Yenises.ru/


Bir cavab yazın