10 il sonra dili açıldı


10 il sonra dili açıldı
Tanrı möcüzəsimi,yoxsa…

Tibbin gücü çatmayan yerdə Tanrının insanı çaşdıran möcüzələri zaman-zaman yaşanıb. Bu dəfə belə bir möcüzə Türkiyənin Trabzon şəhərində baş verib. 10 il əvvəl bir xəstəlik nəticəsində eşitmə qabiliyyətini itirən Camal Yol, elə bunun ardından bir qəzanın şahidi olduqdan sonra dili də tutulub.

Trabzonun Akçaabat diyarında yaşayan 53 yaşındaki Cemal Yol 10 əvvəl xəstəxanaya düşür. Tibbi müayindən sonra beynində qansızma olduğu aşkar edilir. Bundan sonra eşitmə və danışma qabiliyyətini qismən itirir. Belə ki, qüsurlu danışır. Eləbu aralarda evinin qarşısında bir avtomobil qəzası baş verir. Həmin qəzada anası Zəhra Yolun öldüyünü zənn edib qəza baş verən yerə gəlir və psixoloji sarsıntı keçirərək danışma qabiliyyətini tamamilə itirir.

Uzun müddət müalicə olunan Cemal Yolun nə zamansa danışa bilmə şansı olduğunu həkimlər inkar etməsələr də, bunun nə zaman baş verəcəyini dəqiq söyləyə bilmirlər. Bir müddət əvvəl ürək- damar yoxlaması üçün Karadeniz Teknik İnversitetinin (KTÜ) tibb fakültesi Farabi xəstəxanasına gedən Cemal Yol birdən danışmağa başlayıb. Həkim onun ürək-damar younu görək üçün rentgenə salır və oradan xərəkdə çıxarılan zaman anası oglunun başını düzəltmək istyəndə-“Başım çox agrıyır”-deyib.

Cemal Yol 10 il ərzində insanların onu adam yerinə qoymadıqlarını, zaman-zaman otagına çəkilib çəkilib ağldığını, dəfələrlə intihar etmək istədiyini bildirib. “Əlimdə dəftər-qələm gəzir, nə istədyimi yazıb anladırdım”.

Oğlunun danışacağına inandığını, ümidini itirmədiyini söyləyən anası Zəhra, dualarımnın qəbul olunduğüna sevinib və iki qurban kəsib.
Zəhra ana “bu 10 ildə nələr yaşadığımızı bir biz bilirik”-deyə bu günə şükür oxuyub.

Banu
/Yenises.ru/


Bir cavab yazın