Putin Rusiya məmurlarının qocalıqlarına zəmanət verdi
Sentyarbrın 1-dən məmurların və keçmiş yüksək rütbəli şəxslərin təqaüdü artacaq.
Bu artıma görə prezidentin aylıq təqaüdü 530 min rubl, baş nazir və iki palatanın spikerilərininki isə 320-430 min rubl olacaq, nazirlərinki isə 60-90 min rubl artımla hesablanacaq.
Sentyabrın 1-dən hökümət nümayəndələrinin əmək haqqı 400 min rubla kimi qalxacaq, təhlükəsizlik nazirlərininki isə 800 min rubla yaxın olacaq. Bundan başqa dövlət məmurlarının təqaüdü də artacaq.
Prezident qərarına görə keçmiş 1995-ci ildən bu yana Rusiyanın bütün eks-məmurları aldıqları əmək haqqının 55-75 faizi ölçüsündə təqaüd artımı tələb edə bilərlər.
Aprel ayı artımından sonra baş nazir Dmitri Medvedevin əmək haqqım570 min rubla qədər, sabiq baş nazirlərinə aylıq ödəmlər 313,5-427,5 min rubl hesablana bilər.
O da qeyd edilir ki, bir ilədn az işləmiş eks nazirlər və digər məmurlar üçün bu artım nəzərdə tutulmur. İstisna sadəcə keçmiş sovet məmurlarına şamil edilir. Onlara veriləcək artım iş stajindan asılı olmayaraq minimum 45 faiz təşkil edəcək.
Naizr təqaüd artımına 8 şəxs idda edə bilər. Bura həmçinin Sergey Stepaşin (62), Viktor Zubkov (73) və Yevqeni Primakov (84).
Maksimum artım Mixail Kasyanova və höküməti 4 ilə yaxın idarə etmişlər düşəcək. Bunu siyasətçinin özü təsdiq edib. “Amma inanmıram ki, Putun haçansa bu təqaüdü almağa imkan verə”-deyə Kasyanov söyləyib.
Rusiyanın keçmiş prezidentləri bu qanuna düşmür. Çünki onlara münasibətdə 2001-ci ildə xüsusi qanun qəbul olunub.
/Yenises.ru/