Peskov Putinin Kemerovoya getməsi xəbərini təkzib etdi


Peskov Putinin Kemerovoya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov “Vedomosti””-yə ölkə başçısının Kemerovoya getmə xəbərinin yalan olduğunu deyib. “”Hələ yox. Bu doğru deyil””-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.

Putinin Kemerovoda uşaqlar da olmaqla 60-dan çox adamın faciəli şəkildə ölməsi ilə bağlı “”Zimnyaya vişnya”” ticarət mərkəzində baş verən yanğın yerinə getməsi haqqında bir çox KİV məlumat yayıb. Hətta “”Qovorit Moskva”” radiosunun baş redaktoru Sergey Dorenko şəxsi Facebook hesabından Putin Kemerova uçdu deyə yazmışdı.

Martın 27-də Kemerovo vilayətində 3 günlük matəm elan edilib.

/Yenises.ru/


Bir cavab yazın