Dollar boşalır- 66 rubldan aşağı düşdü, dolacaqmı?
Moskva birjasında dolların kürsu aprelin 15-də 15 qəpik ucuzlaşaraq 65,96 rubl olub. Avro da 17 qəpik ucuzlaşıb-74,27 rubla satılır.
Rus rublunun bir az möhkəmlənməsi London birjasında Brent markalı neftin dəyərinin artması ilə əlaqəlidir. Belə ki, neftin barreli bu gün 0,43 faiz bahalaşaraq, 44,03 dollara olub.
Analitiklər hesab edirlər ki, xammal bazarı dayanıb və neft istehsal edən ölkələrin aprelin 17-də Qatarın Doha şəhərində keçiriləcək görüşünün nəticələrini gözləyir. Əgər onun iştirakçıları neft hasilatını yanvar ayına qədərki səviyyədə dondurmazlarsa, neft kotirovkası o dəqiqə çökəcək. Yox əgər razılaşma əldə edilərsə, qiymətlər hansı müddətə qədərsə artacaq və bu da rubku möhkəmləndirəcək.
«Golden Hills-Kapital-AM” sərmayə kompaniyasının analitika departamentinin direktoru Mixail Krılov izah edib ki, əgər rublun kursu yüksələrsə, bu müvəqqəti xarakter daşıyacaq.
“”Rezervi doldurmaq rublun hazırkı kursunda mümkündür, bundan yuxarı o artıq iqtisadiyyat üçün təhlükəlidir. Rusiya iqtisadiyyatının əsası-ixracçılardır və onlara zəif rubl lazimdir. Onlar üçün rublun yaxşı tərəfə dəyişməsi təhlükəlidir. Əgər rubl 10 faizdən çox artarsa, bu ixracçılar üçün büdcədə arzuolunmaz dəyişikliyə səbəb olacaq””,-deyə o bildirib.
Aprelin 17-də Qatarın paytaxtı Dohada nəhəng neft istehsalı ölkələrinin görüşü olacaq. Onlar neft hasilatinin dondurulmasını müzakirə edəcəklər. Görüşdə iştiraklarını Rusiya, Səudiyyə Ərəbistanı, Qatar, Venesuela, Ekvador, Aljir, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri təsdiq ediblər.
/Yenises.ru/“