Bavariyada pastor kəbin kəsən məqamda ölüb


Bavariyada  pastor kəbin kəsən  məqamda  ölüb
Cənubi Bavariyada pastor nigah mərasimi zamanı öldüyü haqda “The Local” məlumat verib.

47 yaşlı Qjeqoj Veçorek gəlin və bəy “razıyam” –deyəcəyi məqamda sözü ağzında yarımçıq qalaraq yıxılıb ölüb. Müqəddəs Lambert kilsəsində olan qonaqlar pastora kömək etmək istəyiblər və təcili tibbi çağırıblar.
“Bu sanki filmdən bir süjet idi”-deyə şahidlərdən biri söyləyib.

Pastorla bir yerdə işləyən Andres Vitman bildirib ki, o özünü mərasimə qədər o qədər də yaxşı hiss etmirmiş.

Aşağı Saksoniyadan olan gəlin və onun italiyalı nişanlısı pastorun ölümündən təəccübləniblər. Toya uzaqdan yüzdən artıq qonaq gəlib və qərara alınıb ki, kəbini yerli pastor kəssin, hansı ki, o, bir neçə saat əvvəl başqa bir cütlüyün kəbinini bir başqa kilsədə kəsib gəlibmiş.

/Yenises.ru/


Bir cavab yazın