Danimarkada müsəlmanları təhqir edən yazıçıya hücum etdilər
Danimarkada naməlum şəxslər əvvəllər müsəlmanlar haqqında təhqiramiz ifadə işlətdiyinə görə cərimələnmiş yazıçı və tarixçi Lars Xedeqaarda atəş açıblar. Frans Press agentliyinin Danimarka KİV-nə istinadən verdiyi xəbərə görə o xəsarət almayıb.
Kopenhagen polisi atışma faktının olduğunu təsdiqləyib.
Yazıçının həmkarlarından birinin dediyinə görə, hadisədən sonra o Larsla danışıb. Yazıçı ona atəş açanın 20-25 yaşlarında “ərəb simalı” və poçtolyon geyimli birinin olduğunu deyib. O Xedeqaardın domofonuna zəng edərək, ona bağlama gətirdiyini xəbər verib. Yazıçı qapını açanda, adam ona atəş açıb, lakin hədəfdən yayınıb. Yenidən atəş etmək istədikdə isə tapança açılmayıb.
Xatırladaq ki, əvvəllər Xedeqaard müsəlmanların ünvanına təhqirli söz söylədiyinə görə min dollar cərimə edilmişdi. Bundan əlavə onun rəhbərlik etdiyi Beynəlxalq azad mətbuat icması Məhəmməd peygəmbərin karikaturası dərc olunmuş Danimarka qəzetini müdafiə etmişdi.
Leyla
/Yenises.ru/