Rusiyanın Türkiyədəki səfiri öldürüldü (Yenilənib)
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Müasir İncəsənət Mərkəzində bir rəsm sərgisinin açılışında iştirakı zamanı silahla vurulub. Türkiyə mediasının verdiyi xəbərə görə o, hələ sərginin keçirildiyi binadadır. Türk xüsusi təyinatlıları bunanın ətrafını mühasirəyə alıb. 15-20 dəfə silah səsləri eşidilib.
Hücum Müasir İncəsənət Mərkəzindəki rəsm sərgisinin açılışı zamanı gerşəkləşdirilib. Sui-qəsdçi açılışdan sonra çıxış etmək üçün kürsüyə qalxan Rusiya səfiri Andrey Karlova atəş açıb.
Hurriyyət qəzetinin Ankara müxbiri Dəniz Zeybəkin hadisə ilə bağlı verdiyi məlumata görə terrorçu əvvəl havaya atəş açıb, sonra rus səfirinin kürəyinə güllə vurub. Daha sonra isə salonu boşaltdırıb. İçəridə bir neçə dəfə təkrarən səfiri güllələyib. Qatil-terrorçunun sərgiyə polis şəxsiyyət vəsiqəsi ilə daxil olduğu bildirilir. Yaralı səfir və qatilin hələ içəridə olduğu da söylənilir.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Türkiyədəki səfirinin törədilən sui-qəsd nəticəsində öldüyü xəbərini təsdiqləyib. Səfirlə bərabər daha 3 kişi yaralanıb.
Terrorçu kostyumda olub və mühaifizəçi olduğu düşünülüb. Türkiyə polisləri 15 dəqiqə ərzində onu yaxalamaq üçün əməliyyat keçiriblər. Terrorçu öıdürülüb. Yaralı səfir Çankaya yaxınlığındakı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını qurtara bilməyiblər.
/Yenises.ru/