Türk hakerlər Fransa prezidentinin saytını dağıtdılar
Keçən il iki Fransız qəzetinin saytını dağıdan türk hakerlər indi də prezdentin saytını dağıtdığı irəli sürülür.
Fransa mətbuatı Fransa prezidentinin rəsmi internet saytının iki dəfə haker hücumuna məruz qaldığını, sonuncu dəfə isə Fransua Olland sələfi Sarkozinin yerinə keçən gün dağılıdığını açıqlayıb.
“Telegramme” qzəeti tərəfindən verilən xəbərdə qəsaca olaraq Franza prezidentinin bu yarımildə saytının iki dəfə dağıdıldığı, sonuncu dəfə isə bunun 6-16 may arasında olduğu açıqlanıb. Qəzet hücumun iki ölkədən ola biləcəyi ehtimalını önə sürüb, amma Türkiyənin adını çəkməyib. Saytın 3 gündən sonra bərpa edildiyi və bütün bilgilərin yenidən yaradılmasının çox çətinliklə başa gəldiyi də bildirilib.
Ölkənin xəbər mənbələri internet qəzeti “Atlantiko” isə bu gün yaydığı xəbərdə haker hücumunun Çin və Rusiyadan deyil, Türkiyədən olduğünün təsbit edildiyini yazıb. Xəbərin mənbəsini gizli saxlayan qəzet hücumun milliyyətçi qruplar, yoxsa dövlətin nəzarətində olan orqanlar tərəfindən edildiyini tapmaq imkansız olduğunu da qeyd edib.
/Yenises.ru/