Bəşər Əsəd gedir, getmir?
Rusiyanın Parisdəki səfiri Aleksanr Orlov Bəşər Əsədin “mədəni şəkildə getməyi qəbul etdiyini” söylədi. Fransa Beynəlxalq RFİ radiosuna açıqlama verən səfir hələ 30 iyun Cenevrə işçi qrupunun toplantısında daha demokratik bir rejim palnı hazırlandığı və bunun da Əsəd tərəfindən qəbul edildiyini dedi.
“Əsədin getməsinin an məsələsi olub -olmadığı” sualına isə Orlov,- “bütün bu olanlardan sonra qalması çətin olacacağına inanıram”-deyə cavab verdi. Rusiyanın BMT-nin sanksiyalarına veto qoyması məsələsinə də aydınlıq gətirən Orlov bunun Rusiyanın Əsəd rejimini təqdir etməsi anlamına gəlmədiyini bildirdi.
Rusiya Suriya rejimini muzakirə mamsına oturtmaq üçün əlindən gələni etdiyini, lakin Qərbin suriyalı müxalifətçiləri uzlaşmaya inandırmaq üçün elə də çalışmadığını söylədi.
Rusiyanın Fransadakı səfirinin bu açıqlamanı Erdoğanla Putinin görüçündən sonra vermısi də diqqət çəkdi.
Bu xəbərin agnetliklərə getməsindən bur neçə dəqiqə sonra Suriya İnformasiya Nazirliyindən təcili açıqlama gəldi.
Nazirliyin Suriya dövlət televiziyasında yayımlanan aşıqlamasında Orlovun sözlərinin həqiqətə uyğun olmadığı bildirildi.
“Russia Today” isə Rusiya xarici içlər nazirliyinin mətbuat xidməti Paris səfirinin “Əsədin getməyə hazır oldugunu ” bildirilən xəbəri yalanladığını açıqladı.
Rusiya diplomatı xəbəri yaymaqdamı tələsmiş, yoxsa Rusiya fikirmi dəyişmiş? Burası məchul.
/Yenises.ru/