ABŞ-ın Suriya aviabazasına hücumu ilə bağlı xarici politoloqların reaksiyası


ABŞ-ın Suriya aviabazasına hücumu ilə bağlı xarici politoloqların reaksiyası
Xarici politoloqların Amerikanın Suriya dövlət qoşunlarına gecə hücumu ilə bağlı reaksiyaları olduqca təmkinli olub. Qərb yenə də kimyəvi silah tətəbiq etməyin yolverilməz olduğunu xatırladıb.

Qeyd edək ki, Qərbdə ABŞ -ın raket zərbəsini zəhərli maddə işlədilməsinə qarşı cavab hücumu adlandırıblar.

ABŞ-ın raket zərbəsi müharibədə kimyəvi silah da daxil olmaqla qadağan edilmiş metodlardan gələcəkdə də istifadə edilməsinin qarşısını almağa yönəlib,-deyə Avrokomissiyanın başçısı Jan Klod Yunkerin bəyanatında deyilir. Amerikanın zərbəsi Bəşər Əsəd rejiminin məsuliyyətsiz hərəkəti doğurub-deyə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun fikrincə, aviabazanın bombalanmasına təhrik edən və hadisələrin bu cür inkişafına cavabdehlik Suriya hökümətinin üzərinə düşür. Eyni nəticə ilə Almaniya və Fransa hökümət liderləri rəy bildiriblər. Onlar vəziyyəti telefonda müzakirə ediblər. Pentaqonun reaksiyasını “ölçülmüş və proporsional”” kimi İspaniya höküməti dəyərləndirib. Bununla yanaşı, Madrid qeyd edib ki, “”Suriyada vəziyyəti nizamlanmasını razılaşdırılmış şəkildə yerinə yetirməyin tərəfdarıdır””.

ABŞ-ın hərəkətini dəstəkləyən ölkələr arasında Ukrayna, Polşa, Çexiya, Hollandiya, İtaliya, Yaponiya, həmçinin İsrail, Türkiyə, Bəhreyn var. Çin höküməti hesab edir ki, Suriya konfliktinin siyasi həllindən imtina etmək lazim deyil. Aviabazaya hücumu İran qətiyyətlə mühakimə edib- ölkənin XİN-nin başçısı bəyan edib ki, onun fikrincə, Amerika “”Əl-Qaidə”” və “”İslam dövləti”” ilə eyni tərəfdə vuruşur.

Suriyanın özündə “”Pentaqonun bu hərəkətini “”hərbi və siaysi perspektivi olmayan aksiya”” adlandırıb. Bu bəyanatla prezident Bəşər Əsədin administrasiyası çıxış edib.

/Yenises.ru/


Bir cavab yazın