Almaniyada Angela Merkelin bloku 4-cü dəfə seçildi
Angela Merkelin başçılıq etdiyi Xristian Demokratik İttifaqı və Xrisrian Sosial İttifaqı (XDİ/XSİ) bloku sentyabrın 24-də Almaniyada keçirilən parlament seçkilərində qalib gəlib. Buna baxmayaraq hazırkı kansler və onun partnyorları az səs toplayıblar. “Almaniya üçün Alternativ”” millətçi partiyasının parlanmetdən keçməsi isə bir çox almanın Merkelin kursundan razı olmadığını göstərir. Almaniya kansleri Merkel Rusiya üçün vədiş etdilən partnyor kimi qalacaq.
Almaniyanın hazırkı kansleri Angela Merkelin XDİ/XSİ bloku seçicilərin səsinin 33%-ni toplayıb. Ondan sonra 20,5% səslə Almaniya Sosial Demokratik Partiyası gəlir. Bu seçki tarixində sosialistlərin göstərdiyi ən pis nəticədir.
Üçüncü yeri “”Almaniya üçün Alternativ”” partiyası tutur. O seçkilərdə 12,6% səs qazanıb. Həmçinin Azad demokratik partiyası 10,7 %, “”Sollar”” 9,2% və “”Yaşıllar”” 8,9% səslə parlamnetdən keçiblər.
Keçən seçkilərlə müqayisədə Angela Merkelin XDİ/XSİ bloku parlamentdə 311 yerə qarşı 246 yer (XDİ-200, XSİ-46) alıb. Almaniya Sosial Demokratik partiyası – 192 yerə qarşı 153 yer, “”Almaniya üçün Alternativ”” isə ilk dəfə federal parlamentdən keçərək 94 yer qazanıb.
Azad demokratik partiyası -80, “”Sollar”” -69, “”Yaşıllar””-67 kreslonu yiyələniblər.
Kanslerin başçılıq etdiyi siyasi blokun parlamentdə qələbəsi əvvəlcədən təhmin edilirdi. Angela Merkel Almaniyada 4-cü dəfə lider posunda oturacaq. Lakin Merkelin qələbəsi höküməti təkbaşına formalaşdırmağa yetməyəcək. O, kabinetin təşkili üçün sosial demokratlarla danışmalı olacaq. Belə olan vəziyyətdə Angela Merkelin kanslerliyə nazmizədliyini dəstəkləməkdən ötrü əvəzində rəqibi ASDP-nın lideri və Avroparlamentin keçmiş sədri Martin Şults hökümətdə böyük post alma bilər.
Yenises.ru “