Rusiyada orduda xidmətin pulla əvəz edilməsi gözlənilir
Ordu sıralarında olmaq istəməyənər ömürlük vergi ödəməklə bunu əvəz edə biləcəklər. Hələlik bu qanun təsdiq olunmasa da, bir sıra Duma uzvləri həmin qanun layihəsinin üzərində çalışırlar. Ordudan yaıyanların “fərariliyini” qanuniləşdirən sənəd üçün əmək haqqından əlavə 13 faiz vergi tutulması təklif edilir. Və orduya getmək istəməyən bu vergini təqaüdə çıxanacaq ödəməsi nəzərdə tutulur.
Dövlət xəzinəsini orduya getməyənlər hesabına dolurmaq ideyasına qarşı çıxanlar olmayıb. Ordudan azad olmaqdan ötəri bunu pulla əvəz etmək olacaq. Çoxlu pula, üzün müddətə, amma qanuni. Bunun könüllü və ya məcburilyi isə çağırışçının özündən asılıdır. Dövlət Duması müdafiə komitəsinin sədr müavini Frans Klinseviç bundan ötəri həmin vətəndaşlar üçün əlavə gəlir vergisi ödəməyi təklif edib. Onlar təqaüdə çıxana qədər dövlət xəzinəsinə hər ay maaşlarından əlavə 13 faiz vergi ödəyəcəklər. Ekspertlərin çoxu bu təklifin lehinə çıxıblar. Onların arasında “ Natsionalnaya oborana” (“Milli müdafiə”) jurnalının baş redaktoru, Rusiya müdafiə nazirliyi yanında ictimai şuranın sədri İqor Korotçenko da var.
“Hərbi xidmətə getmək istəməyən vətəndaşa aidiyyatı vərəq və ya məhkəmənin qərarı təqdim ediləcək. Həmin vərəq və ya qərarda təqaüd yaşına qədər əmək haqqından əlavə 13 faiz ödəməsi haqqında hərbi xidmətdən konstitusiyaya görə azad olundugu əksini tapacaq ”-deyir Korotçenko.
Hələ bu qanun layihəsi digər Vergi, Əmək kodeksi ilə necə uygunlaşdırılacaq, hüquqi cəhətdən maliyyə toplanması-vergi, ömürlük cərimə, kompensasiya və s. necə tutuşdurulacağı bilinmir. Əlavə vergini vətəndaşın çalışdığı müəssisə, yoxsa şəxsin özünün ödəyəcəyi məsəsləsi də qaranlıqdir. Görünür bu məhkəmə yolu ilə həll oluncaq-deyə İqor Korotçenko ehtimal edir.
“Qanunda bu da yazılmalıdır ki, vətəndaş könüllü gəlib təcili hərbi xidmətə getmək istədiyini bildirərsə, icra dayandırılacaq və o, xidmətini başa vurduqdan sonra ödəmədən azad ediləcək”-deyə Korotçenko aydınlıq gətirib.
Ehtimal edilir ki, bu pul ordunun xərclərinə sərf olunacaq. Bu qanun layihəsi əvvələr də gündəmə gəlmiş, o zaman deputatlar onu 1 milyon birdəfəlik ödəmə ilə əvəz etmətyi təklif etmişdilər. Amma o zaman bu layihə qəbul edilməmişdi. Anoloji layihəyə artıq qonşu respublikalarda tətbiq olunur. Məsələn, Qırğızıstan parlamenti bir neçə il əvvəl çağırışçıları bir neçə yüz dollar ödəməklə hərbi xidmətdən azad etməyə icazə vermişdi. Gürcüstanda da ödədməli möhlət –ildə 100 dollar və ya on illik tarif üzrə toplam pul ödəməklə həmişlik ordudan xilas olmaq bilər. Ukraynda bu qiymət daha yüksək- min dollarladır. Bir neçə Avropa ölkəsində də bu təcrübədən istifadə olunur. Albaniya-4000 dollara, Yunanıstanda yarım ildən sonra hər ay 250 dollar ödəməklə evə getmək olar. Amma bular hamısı birdəfəlik ödəmədir. Rysiyada təklif olunan bu yeni variant daha kəskindir. Ona görə də bəzi hüquq müdafiəçilərində şübhə yaradır- fikriylə “Qrajdanin. Armiya” (“Vətəndaş. Ordu”) hüquq müdafiə mərkəzinin direktoru Sergey Krivenko çıxış edib.
“Bu prinsip muvafiq deyil. Belə mexanizm bir sıra ölkələrdə mövcud olsa da, bizim üçün keçərlidirmi, ya yox. Mən belə hesab edirəm ki, bu bizə uyğun deyil. Bu yenə kasıblar üçün əlavə vergi ilə nəticələnəcək, kim ödəyə bilməyəcəksə yenə orduya getməli olacaq. Bu ədalətli deyil”-deyə Krivenko qeyd edib.
Bütün bunlara baxmayaraq, qanun layihəsi ən xirda məsələlərdə belə fikir ayrılığı salan deputat qrupları arasında ciddi narazılıq yaratmayıb. Ekspertlərin əksəriyyəti rəsmi ödənişli orduda xidməti “satın almağın” əlehinə deyil.
/Yenises.ru/