Balaca Saakaşvilini ABŞ-da soydular


Balaca Saakaşvilini  ABŞ-da  soydular

Nyu-Yorkda Gürcüstan prezidenti Mixail Saakaşvilinin 16 yaşlı oğlu Eduardın velosipedini oğurlayıblar. Bu haqda hökümət başçısı Tbilisidə deyib. Elə həmin gün Fransa prezidentliyinə sabiq namizəd Seqolen Ruayal cibgirlərin qurbanı olub.

“Dünən oğlumun velosipedini oğurlayıblar. Mənim oğlumu öğurluq fakti yox, hər tərəfdə videokamera ola-ola, cinayətkarların buna məhəl qoymayaraq bunu etməsi olub. Bizdə- Gürcüstanda videokamera olan küçələrdə ümumiyyətlə qanun pozuntusu yoxdur ”- deyib Saakaşvili.

Xatırladaq ki, Eduard Saakaşvili 2011-ci ildə bir əli ilə iPad-da ingilis əlifbası ilə hamıdan tez yazdığına görə Ginnesin rekordlar kitabına düşüb. Prezidentin oğlu bu tapşırığı 5,26 saniyəyə yerinə yetirib.

Dni.ru-nun yazdığına görə kiçik Saakaşvili Gürcüstan tarixində müasir texnologiya sahəsində ilk rekordsmendir. O gələcəkdə çin əlifbası ilə yazmaq rekordunu qıracağını vəd edib.

/Yenises.ru/


Bir cavab yazın