Poroşenkonun cangüdəni rusiyalı jurnalistin ağzını bağladı
Təhlükəszilik xidmətinin əməkdaşı Ukrayna prezidentini istənilən suallardan qorumağa cəhd edib.
Minsk danışıqlarında Ukrayna prezidentini müşaiyət edən muhafizəçilərdən biri öz şefini rusiyalı jurnalistin suallarından qorumaq üçün sözün həqiqi mənasında ağzını bağlayıb. Video Ukraynanın 17-ci kanalında nümayiş etdirilib.
Videokadrda Petr Poroşenko danışıqların sonunda Azadlıq sarayından çıxarkən “Rossiya-24” kanalının müxbiri olan qız Ukrayna liderinə yaxınlaşaraq müraciət etmək istəyir, amma danışa bilmir.
-Siz danışıqların nəticəsini necə qiymətləndirirsiniz- deyən jurnalist mühafizəçinin qucağında az qala boğulur. Mühafizəçi onu bir neçə saniyə qucaqlayaraq saxlayır. Qız Poroşenko zalı tərk edəndən sonra azad ola bilir.
Onun -“Siz nə edirsiniz” -təəccüblə verdiyi sualını qızı buraxan mühafizəçi- “Sakit, sakit”-deyə cavabsız qoyur.
/Yenises.ru/