Ermənistan Amerikanın pulu ilə tikilən biolaboratoriyanın qapısını Rusiyaya açdı
«Ъ»-a müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Amerika vəsaiti ilə tikilən biolaboratoriyanı rus ekspertlərinin ziyarət etdiyi barədə məlumat verib.
“10-15 gün bundan qabaq mənim təlimatımla rus mütəxəssisləri bu laboratoriyaya buraxılıblar,- Ermənistan hökümətinin başçısı «Ъ»-a danışıb. -Buradan heç cür Rusiya əleyhinə istifadə edilə bilməz. Əksinə, biz rus mütəxəssislərini bu məsələni müzakirə və laboratoriyadan birgə istifadə etməyə dəvət edirik “”.
Söhbət ABŞ-ın maliyyə yardımı ilə açılan referans-laboratoriyadan gedir. Onlar Ukrayna, Gürcüstan, Qazaxıstan və Ermənistanda var. Ruisya XİN-i laboratoriyaların Rusiya ilə qonşu ölkələrdə olmasından narahatçılığını açıqlayıb.
“”Bizim xüsusi xidmət orqanları və alimlər bu laboratoriyaların yaranmasından gərgindirlər. Onlar bunun bizim əleyhimizə istifadə edilməcəyini inkar etmirlər. Onu Qərbi Avropada yerləşdirməyiblər””-deyə «Ъ» söhbətində rusiyalı diplomat söyləyib. Onun fikrincə Moskvanın bura girişi olmalıdır.
Nikol Paşinyan «Ъ»-a müsahibəsində vurğunlayıb ki, biolaboratoriyanı görmək istəyində olan rusiyalı mütəxəssislər üçün heç bir qadağa yoxdur.
Yenises.ru“