Ermənistan “Qazprom””a dava açdı”
Erməni hakimiyyət orqanları ölkə ərazisində olan Rusiyanın “Qazprom”” dövlət şirkətinin törəmə strukturları ilə bağlı yoxlamalar apararaq onların vergilərdən yayındıqlarını aşkar ediblər. Dövlət gəlirləri komitəsinin təşəbbüsü ilə şirkətə qarşı iş başladılıb.
Komitənin məlumatında deyilir ki, “”Qazprom Ermənistan”” şirkətinin auditinin nəticələrinə əsasən “” böyük məbləğdə vergi ödəmələrindən yayınma və bir sıra pozuntu halları müəyyən edilib””. Komitə qeyd edib ki, əlavə dəyər vergisi və mənfəət vergisinin hesablanmasında pozuntuları aşkar olunub və 2016-2017-ci illərdə şirkət rəqəmləri bilərəkdən aşağı endirib, bu da nəticədə vergi daxilolmalarının azalmasına gətirib çıxarıb.
“”Şirkət tərəfindən yol verilən sui-istifadələrin qaz itikisinə səbəb olduğunu avtomobil qaz doldurma kompressorları stansiyalarına verilən təbii qazın həcmləri ilə bağlı aparılan müqayisəli tədqiqatların nəticəsi də təsdiq edir””.
Bununla yanaşı, şirkətin qaz boru kəmərlərində mavi yanacağın nəqlinin məqsədli şəkildə aşağı salması və süni olaraq qaz itkisini artırmasından da şübhələnilir: 2018-ci ilin əvvəlində zərərin həcmi ilin ortalarından üç dəfə çox olub. Təftişin nəticələrinə görə, cinayət işi başlanıb, lakin Ermənistan hakimiyyətinin ziyanının həcmi açıqlanmayıb.
Xatırladaq ki, “”Qazprom Ermənistan”” Ermənistanın yeganə qaz tədarükçüsüdür.
Yenises.ru“