Avropa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Berlin və Brüssel Moskvanı Suriya ilə bağlı siyasi kursunu dəyişdirməyə çalışır.
Avropa Şurasında Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləsi məsələsinə baxılmasını Berlin istisna etmir. Bu barədə Amerikanın The Wall Street Journal-ından olan mənbə məlumat verib. Angela Merkel hökümətinin Moskvanın Suriya məsələsində tutduğu kursu dəyişdirməsi üçün bir sıra tədbirlər müzakirə etdiyi bildirilir. Almaniya təsir alətlərindən biri iqtisadi snksiyaları hesab edir. Yaxın zamanlarda ola bilsin ki, Almaniya Federativ Respublikası Rusiyanın Suriyadakı hərəkətinə cavab olaraq bu təşəbbüslə çıxış edəcək.
The Wall Street Journal onu da qeyd edib ki, bu təşəbbüs hələ ilkin mərhələdədir və bunu etmək asan olmayacaq. Belə ki, bir çox AŞ ölkələri Rusiya ilə münasibətləri korlamaq istəmirlər, tam tərsinə onlar onun normallaşması yolunu axtarırlar.
Bundan başqa, Xristian Demokratik İttifaqının bu təşəbbüsünü Almaniyanın Sosial Demokratik partiyasının deputatları dəstəkləyəcəkləri aydın deyil.
Öz növbəsində Almaniya Xarici işlər naziriliyinin nümayəndəsi Martin Şefer bu məlumatı təkzib edib.
O, -“Mən Berlindən kiminsə və haradasa belə bir təklif etdiyini bilmirəm””-deyib.
Buna baxmayaraq nəşrin verdiyi məlumata görə AŞ ölkələri Aleppoda baş verənlərdə Rusiyanı günahlandırır və Suriyada vəziyyətin pisləşməsinin Avropada yeni miqrant axınına səbəb olacağından narahatdırlar.
Yenises.ru
“