Crocus City Hallda terror-40 ölü, 100-dən çox yaralı


İlkin məlumatlara görə, Crocus City Hall kompleksində törədilən terror aktı nəticəsində 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Bu barədə martın 22-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Şahidlər martın 22-də axşam saatlarında Krasnoqorskdakı Crocus City Hall binasında atışma olduğunu bildiriblər. Orada Piknik qrupunun konserti olmalı idi. Hadisənin səbəbləri və atəş açan şəxsin kimliyi hələ də dəqiqləşdirilir. Hadisə şahidlərinin sözlərinə görə, azı üç nəfər zala daxil olaraq atəş açıb. Daha sonra binada yanğının başladığı bildirilib.

Hüquq-mühafizə orqanlarının “İzvestiya”ya verdiyi məlumata görə, Moskvadakı Xüsusi Çevik Qüvvələrin (SOBR) və mobil xüsusi təyinatlı dəstələrinin (OMON) əməkdaşları döyüş hazırlığı vəziyyətinə gətirilib.

Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, kamuflyaj geyinmiş naməlum şəxslər Crocus City Hall-a soxularaq atəş açmağa başlayıblar. Rusiya Xarici İşlər Nazirliyi hadisəni qanlı terror aktı adlandırıb və dünya ictimaiyyətini bunu pisləməyə çağırıb.

yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir