Çeçen biznesmeninin qızı Rusiyanı “Raşka”” adlandırdığı üçün cavab verməli olacaq”


Çeçen biznesmeninin qızı Rusiyanı "Raşka" adlandırdığı üçün cavab verməli olacaq
Çenen biznesmeninin qızı “Hər yerdə yaxşıdır, bizrcə Raşkadan başqa”” yazdığı üçün başı qalmaqalda… MQİMO rektoru tələbəsindən bunun üçün izahat tələb edəcəyini deyir. Deputat Milonov isə dodağı botokslu qıza gələcək siyasətçilər hazırlayan institutda yer yoxdur, en yaxşısı getsin kosmetologiya sahəsinə, ya da model-manikürçü olmağı məsləhət görüb.

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) rektoru Anatoli Torkunov Çeçenistandan olan iş adamı Musa Bajenovun 22 yaşlı qızının hərəkətinin müvafiq olmadığını deyib. Bu haqda “”Qovorit Moskva”” radiostansiyası məlumat verib.

Adı çəkilən institutda oxuyan Elina bir müddət əvvəl sosial şəbəkədə “”Hər yerdə yaxşıdır, bizcə Raşkdadan başqa”” yazıb. O bu şəkildə istifadəçilərin -“”ABŞ-da yaxşıdır, yoxsa Raşkada?”” -sualını cavablandırıb. Elina eri-25 yaşlı çeçen işadamı Bekxan Mamkayevlə Amerikaya bal ayına gedib. Onun toyu sentyabrda Monakada baş tutub. “”Qovorit Moskva”” qeyd edib ki, MQİMO-nun tələbəsinin cavabı internetdə geniş rezonans doğurub. Bir çoxları Elinaya Rusiyaya gəlməməyi məsləhət görüb.

Rektorun sözlərinə görə Elina dönən zaman, onunla aydınlaşdırıcı söhbət aparacaq. “”Biz ondan soruşacıq ki, o nəyi qəsd edib. Ona görə ki bu mənə aydın deyil. Bu axmaqlıqdır””-deyə Torkunov qeyd edib.

“”Raşka”” ifadəsindən başqa Elina həmçinin yazıb ki, indi o Amerikada yaşamaq istəyir, Moskva haqqında düşünəndə özünü pis hiss edir. Sonra o izah edib ki, havanı və tıxacları nəzərdə tutur. Eyni zamanda onu da əlavə edib ki, boz səmanı sevmədyinə “”Vətəninə nifrət”” donu geyindirilməsi etik deyil.

Dövlət Dumasının deputatı Vitali Milonov kp.ru-ya bildirib ki, bu qızın diplomatlar hazırlayan MQİMO-da yeri yoxdur. “”Orada atasının pulu və tanışlığı ilə yerləşdirilən belə insanlar işləməməlidirlər. Orada ideoloji baxımdan ölkəmizin maraqlarını müdafiə etməyə hazır olanlar olmalıdır. Haradasa xaricdə oturub, dodaqlarını şişirdib və bahalı geyimlər alanlar deyil””-deyə Milonov qeyd edib. O Elinaya “”institutunu dəyişib kosmetologiya sahəsinə və ya model-manikürçü olmağı”” təklif edib.

“”Arqumenı i faktı”” -nın məlumatına görə Bajayeva MQİMO-nun tələbəsidir, Bekhan Mamakayev isə Berkli (Kaliforniya ştatı) universitetini bitirib. Forbes Elinanın “”Alyans Qrup””un prezidenti və “”Russkaya platina”” kompaniyasının sahiblərindən biri olan atasının əmlakını 0,5 milyard dollar qiymətində dəyərləndirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir