Ded Hasan öldürüldü


Ded Hasan öldürüldü
Kriminal aləm Babasız qaldı

Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə kriminal avtotitet Ded Hasana sui-qəsd edilərək öldürülüb.

Kriminal aləmdə Ded Hasan kimi tanınan Aslan Usoyanın Moskvanın Bolşaya Nikitinskaya küçəsi 55-də yerləşən “Stariy Fayton” kafesinin çıxışında vurulduğu bildirilir. Ona qəsd edilən zaman yaxından keçən bir qadının da xəsarət aldığı deyilir.

Lakin Rusiya DİN-nin əməkdaşının verdiyi məlumata görə o, Povarski küçəsindəki “Karetnıy dvor” restoranından çıxarkən snayperlə vurulub. “Vor zakon”un cangüdənləri onu qorumaq istəsələr də, o anda Ded Hasan artıq ölümcül yara alıbmış. Təcili yardım maşını gələn kimi kriminal avtotitet sağ olub və onu Botkin adına xəstəxanaya aparıblar. Ded Hasan xəstəxanada keçinib.

Bu kriminal avtoritetə olan ikinci sui-qəsd idi. Birinci sui-qəsd 16 sentyabr 2010-cu ildə olmuşdu. O zaman yaralanan Usoyan Botkin adına xəstəxanada əməliyyat olunmuşdu.

Ded Hasana hər iki sui-qəsdin 16-sı tarixində törədilməsinin hər hansı bir xüsusi səbəbi varmı? Kriminal avtoritetin öldürülməsini kim sifariş edib? Bu haqda hələlik heç bir versiya irəli sürülməyib. Xatırladaq ki, ona edilən birinci sui-qəsddə azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin adı hallanmışdı. Onlar arasında soyuq münasibət olduğu söylənilirdi.

Ayxan
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir