Dinlə bağlı zarafat edəni həbs gözləyir
![]()
Səudiyyə Ərəbistanında dinlə bağlı zarafat edəni həbsə atmağı düşünürlər.
Səudiyyə Ərəbistanı prokurorluğundan bildiriblər ki, dini mövzu ilə bağlı zarafat edənlər həbsə göndəriləcəklər. Bu barədə qurumun tvitter səhifəsində məlumat verilir.
O da qeyd edilir ki, kimin bu qanunsuzlluğu etdiyi aşkar edilərsə, onu 5 il müddətində həbs və 3 milyin rial (54,5 milyon rubl) cərimə gözləyir.
“Sosial şəbəkələrdə dini dəyərlər və əxlaq normalarına yönəlik ironiya və ya ictimai qaydaları pozan kontent yaradılar, yayımlanarsa buna kibercinayət kimi baxılacaq””-deyə statusda deyilir.
Yenises.ru
“
