Dollar və avro –nun rubla nisbətən geriləməsi müvəqqətidirmi?
Son 10 günün hesabatından çıxış etsək qəribə mənzərənin şahidi olarıq. Dollar rublla sanki “qaçma-tutma”dadır.
İyun ayının son 10 günlüyündə dollarda 5 dəfə geriləmə, 5 dəfə isə irəliləmə qeyd olunub. Belə ki, iyun ayının 20-də rubla dollara nisbətən 0,4000 qəpik ucüzlaşmasının ardından 21 iyunda 0,0149 qəpik artım göstərib. Bu ongünlükdə dolların şkalada ən yüksək yeri 33,5191 rublla iyunun 23-də olub. Iyunun 22-dən 27-nə kimi yerini 33 rubl və onun üstündə saxlayan dollar iyunun 28-də geri çəkilib:- 32,8384. Qalan son günlərdə artma azalma nöbbələşməsinin şahidi olsaq da dollar 33 rubla yaxın mövqedə dayanmaqda davam edir.
Qeyd edək ki, Rusiyanın maliyyə naziri Anton Siluanov dolların Mərkəzi bankın nəzarəti altında olduğunu söyləmişdi.
Ayın sonuna kimi rublun 33 –dən yuxarı qalxmaması kursun Mərkəzi bank tərəfindən tənzimlənməsinin nəticəsidir. Rubl dolların qarşısında hələ ki, inadla dayanır.
Bu günə olan rəsmi kurs isə 32,5287 rubl, ucuzlaşma isə –0,2882 qəpikdir.
Ayxan