G7 ölkələri Rusiyanı Ukraya sərhədləri yaxınlığında “təxribatı” dayandırmağa çağırıb
G7 ölkələrinin xarici işlər nazirləri, həmçinin Avropa diplomatiyasının rəhbəri Jozef Borrel bazar ertəsi Rusiyanı Ukrayna sərhədləri yazınlığında “təxribatlara” son verməyə çağırıb.
“Əvvələdən xəbərdarlıq edilmədən hərbi qüvvələrin genişmiqyaslı irəliləməsi təhlükə daşıyır və şəraiti daha da gərginləşdirir”-deyə Böyük Britaniyanın sədrlik etdiyi G7-lərin dərc edilmiş bəyanatında deyilir.
Sənəddə G7 və AB-nin Ukrayna ilə sərhədlər yaxınlığında və Krımda “Rusiya qüvvələrinin çoxalmasından çox narahat olduqları” qeyd olunur.
G7 ölkələri Ukraynanın “təmkinli yanaşmasına” dəstək olduqlarını bildiriblər.
Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü, habelə Fransa və Almaniyanın Minsk razılaşmalarının həyata keçirilməsinə nail olmaq üçün “Normandiya formatında” çalışmaq səylərini dəstəklədiklərini də təkrar ediblər.
2021-ci ilin əvvəlindən Donbasdakı silahlı qarşıdurma bölgəsində əvvəllər imzalanmış müddətsiz atəşkəsə baxmayaraq yenidən eskalasiya başlayıb. Münaqişənin hər iki tərəfində ölən və yaralananların sayı artıb.
Yenises.ru