«Görücünün» görməməzliyi


     və ya  qraM-Mat  deyiləm

Nə qısa məqalədəki qrammatik səhvlərə, nə də susqun reaksiyamıza. Niyə də olmasın. Orta məktəb dərsliyinə  düşəcək nümünədir. 

Azərbaycan dili dərsi üçün bundan gözəl nümunə hardan tapacaqsınız.

Taparsınız  yüzlərlə beləsini, amma hazır çox dəyər verdiyim bir dostum  tapıb  mənə göndərib. 

https://xezertv.info/main/12136-i%CC%87mi%C5%9Flid%C9%99-it%C9%99n-rasim-haqq%C4%B1nda-exdrasens-etibar-n%C9%99sibovun-a%C3%A7%C4%B1qlamas%C4%B1.html

 Etibar Nəsibovun bu açıqlamasını niyə mənə göndərməsinin cavabını  yazdığındakı hərf səhvlərini  exdrasensin görməməsində axdarmaq (axtarmaq) lazımdır.

Ev tapşırığı: Mətndəki səhvləri tapın və göstərin. 

İroniya deyil… İroniya kimi qəbul etsəniz də. O, yazını yazan ekstrasensi belə təqdim edirsə, burada mənə söz düşməz. Sözlərdə hərfləri düşürən, dəyişən onlardır. Məsələ exdrasens (?) Etibar Nəsibovun danışdığı kimi yazmasıyla da bitmir. Baxmayaraq ki, «likbez» ( savadsızlığın ləğvi) dövrünü çoxdan keçmək bir yana, artıq öz dilindən  başqa bir neçə dildə sərbəst danışanlara qədər təkamül prosesini arxada qoyduğumuz əsrdə (ki göydə balonlu-balonsuz gəzirik, çoxbilmişlik ədamızla) ana dilinə bu qədər laqeyd yanaşılmasıdır. 

Qeyd: Yazının sərlövhəsi və imzanın səhvsiz yazılmasından bəlli olur ki, mətn  Etibar Nəsibovun yazdığının surətidir (kopyasıdır-red.T.V.). Görücünü yazdığı səhvlər deyil, gördüyü maraqlandırır. 

Bir vaxtlar yazdığımızın  qrammatik cəhətdən düzgün olub-olmamasını yoxlamaq üçün qəzetlərə və kitablara müraciət edirdik. Bu gün orta məktəbdə bizə dilimizi öyrədən dərslik kitablarına  belə şübhə (şüphə-deyil) ilə baxırıq. 

Gələk bir abzaslıq- beş cümləlik mətndəki səhvlərə. Ya da gəlməyək. Bir neçəsini  bu mətni aşkara çıxaran dostum göstərib. Digərlərini  mənim qeyd etməyimə ehtiyac yoxdur. Göründüyü kimi heç sayt redaktoru da bu səhvləri ciddiyə almayıb. 

Həsən bəy Zərdabi ilk mətbu orqanımız olan «Əkinçi»ni  nəşr etdirirkən bəzən qəzetin ləngiməsinin səbəbinin  mətbəədə hərflərin (q, k, r, l ) çatışmamazlığı üzündən olduğunu qeyd edirdi. Bu haqda yazmışdlım.

mətbuatin-catismayan-hərfləri  (bu linkdən oxuya bilərsiniz).

Görünür Etibar Həsənovun da klaviaturasında ya da telefonunda  «ğ», «ü»  kimi hərflər  çatışmır. -Da, -də bağlayıcısı ilə şəkilçisini ayırd edə bilməmək də bir çoxlarının ümumi  bəlasıdır. 

 Zərdabi dövründə olmayan çox şey var bizdə. (Hərfdən başqa ona laqeyd münasibətdən tutmuş, yazını, nitqi vecə almamaq kimi. Efirdə danışanların «nitqindən», saytdakı yazıların səhvindən bir neçə kitablıq dissertasiya yazmaq olar.-red.T.V.) Sadəcə Etibar sözünün  üstündə apostrofu ləğv etdiyimiz kimi,  Ana dilimizin taleyi belələrinin  (sayt rəhbəri və ya özünü jurnalist adlandıran, lakin  bunun məsuliyyətini dərk etməyən hər kim olursa olsun)  umuduna  (ümidinə)  buraxıldıqca dilimizin gələcəyinə umud (ümid) yoxdur.

İl 2024 olub. Bizim, mənim dərdimə bax. Dilbilməzlər əlində qalmışıq, buna deyirlər. Heç olmazsa, öz dilinizi bilin. Milləti millət edən onun dilidir!

Tünzalə Vəliqızı,
Moskva
18.02.2024


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir