KƏNAN HƏMZƏOĞLU KULİS.AZ saytına ETİRAZ ETDİ


KƏNAN HƏMZƏOĞLU  KULİS.AZ saytına   ETİRAZ ETDİ
FƏTƏLİ XAN XOYSKİ ERNƏNİLƏRƏ GÖRƏ GÖRƏ KÜÇƏDƏ KÜÇƏDƏ GÜLLƏLƏNƏN BAŞ NAZİRDİR,
BİZƏ GÖRƏ İSƏ ŞƏHİDDİR!

Tarixi şəxsiyyətlərimizi təqdim və təbliğ edərkən bu mövqedən yanaşmaq lazımdır…

Dünən görkəmli dövlət xadimi, Azərbaycan Cumhuriyyətinin qurucularından biri Fətəli xan Xoyski haqqında səviyyəsiz bir xəbər başlığı ilə rastlaşdım.Həmin başlıq belə idi: “Rəhbərliyi dövründə İrəvanı əldən verən, neftlə bağlı qanunsuz əməllərə görə istefaya gedən, küçədə güllələnən Baş nazirimiz”.

Əvvəla qeyd edim ki, İrəvanı Xoyski əldən verməyib. Bu Milli Şuranın qərarı idi.Həmin vaxt Azərbaycan parlamenti mövcud olmadığı üçün qanunverici orqan Milli Şura idi.Xoyski isə icraedici orqanın – hökumətin başçısı idi. Neftlə bağlı məsələyə gəlincə, yazının müəllifi özü qeyd edir ki, neftlə bağlı qanunsuz əməllərdə Xoyskinin yox, hökumətin bəzi nümayəndələrinin əli olub.

Sonda onun qətli ilə bağlı məsələyə toxunmaq istəyirəm. Bildiyimiz kimi onu Tiflisdə küçənin ortasında qətlə yetirənlər Daşnaksütun partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idi.[ Fətəli xan Xoyski ermənilər üçün küçədə öldürdükləri azərbaycanlı nazir kimi yadda qalıb. Yazı başlığınızdan görünən odur ki, sizin yaddaşınızda da o “küçədə güllələnən” biri kimi qalıb. bizim yaddaşımızda isə ilk şəhid baş nazir kimi. Mən buradan kulis.az saytının rəhbərliyinə səslənirəm. Sizə tövsiyyə edirəm ki, reytinq xatirinə yazını belə mənasız srlövhə ilə verən əəməkdaşlarınız haqqında ciddi tədbirlər görəsiniz. Əks təqdirdə cəmiyyətin nifrətini qazanar və reytinqiniz heç olmadığı qədər aşağı düşər.

Kənan HƏMZƏOĞLU


Bir cavab yazın