Mədənçi 17 ilini yerin altında keçirməyə məcub olub və sağ qalıb
Mədənçi yeraltı anbarında saxlanılan düyü və su ehtiyat sayəsində sağ qalmağı bacarıb. Zəlzələ baş verib mədən batan zaman onun 42 yaşı olub. Və düz 17 ildən sonra mədənin yerin altına batdığı ərazidə qalereya tədqiqatçıları qazıntı işlrəi apardıqları zaman tapılıb.
İnanılmazdır, bəli. Lakin bu möcüzə gerçəkdən baş verib. Həm də Çində….
Qərbi Sincan əyalətində bir qazıntı işləri aparan qrup 17 il əvvəl zəlzələdən sonra tərk edilmiş köhnə bir mədən hissəsində qalereyanı qazdıqları zaman sürprizlə qarşılaşıblar. “Naşa planeta” (“Bizim Planet”) mətbu orqanı xəbər verib ki, qalereyada kəşfiyyat işləri apararkən 1997-ci ildə baş verən qəzadan sonra çökmüş mədəndə sağ qalan 59 yaşlı bir işçiyə rast gəliblər. Mədənçi tükənmiş halda imiş. Onun fiziki və mənəvi vəziyyətini tam qiymətləndirmək üçün dərhal xəstəxanaya aparılıblar.
Çjan ərazidə baş verən 7.8 bal gücündə zəlzələ nəticəsində dağılmış mədənim altında qalıb. Mədəndə havalandırma kanalları qaldığı və ora hava girişi olduğu üçün yaşamını itirməyib. Təbii ki, qidalanmaqdan ötrü isə yeraltı mədən anbarında xüsusi olaraq belə fövqəladə hallar üçün saxlanılan düyü və su təchizatı sayəsində də bu illər ərzində qidalanıb. Əlavə olaraq da mədəndə yaşayan siçovulları tutaraq yeyib. Həmçinin vitamin mənbəyi olan çox miqdarda hansısa fosforlu orqanizmləri toplayıb.
Çində ildə 4000-dən çox mədənçinin ölümü ilə nəticələnən bu cür fəlakətləri azaltmaq üçün hökumət tədbirlərinin artırılmasına baxmayaraq, mədən qəzaları adi hala çevrilib.
Dağılmış bir mədəndə 17 ildir sağ qalan madənçi Çjanın başına gələn bu hadisə ilklərdəndir.
Əvvəlki yeraltı həyatda qalma rekordu Jeff Smit adlı bir britaniyalıya məxsusddu. O 142 gün könüllü olaraq yer altında qalmış və bununla rekrod qazanmışdı.
Yenises.ru