MDLU-da “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin 15 illik yblieyindən
“Biz Mehriban ailəyik” mesajı
Remarka. Moskva. Universitetin həyəti.
Şeir oxuyanlar- rus tələbələr.
Ekranda video canlanır. Həyətdəki gənclər Səməd Vurğunun “Azərbaycan”- şeirini oxuyurlar.
Təəccüblüdürmü?
Ritoruk suallar və ona cavablar çıxış edənlərin məruzəsində tədbir boyu təkrarlanacaq.
Biz niyə Azərbaycan dilini öyrənməliyik? Dilimizə maraq yaratmaq, Rusiya paytaxtında təhsil alan rus tələbələri buna cəlb etmək o qədər də asan iş deyil. Və düşünəndə ki, bugünkü gənclərdə daha aparıcı (ingilis, alman, fransız, çin və s.) dilləri öyrənmək, onunla dünyaya çıxmaq istəyi varkən, nədən bu dili seçsin?-deyə sorğulamaya bilmirsən.
Səbəb çoxdur. Biz postsovet məkanının varisləriyik. Yaxın qonşularıq. “Bir cənub şəhərində” yaşayan beynəlmiləl ailə içərisindən çıxıb, bir-birimizin dilində mükəmməl danışmışıq. O ənənə bu gün də Azərbyacanda pozulmayıb.
Niyə bu qənaətə varmağıma səbəb tədbirin vurğusunun “Mehriban ailə” konsepsiyasına köklənməsiydi.
Moskva Azərbaycanlıları Milli –Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə MDLU-nin nəzdində fəliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyıti” mərkəzinin yaranmasının 15 illik Yubiley tədbirinə “Rusiya-Azərbaycan: dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda təşkil olunan müzakirə ilə start verildi.
Moskva Dövlət Linqvistika Universitetinin rektoru İrina Krayeva Mərkəzin fəaliyyətindən söz açaraq, onun keçən 15 il ərzində bir çox dilçilərin, tərcüməçi və diplomatların yetişdirilməsindəki rolundan danışdı.
İrina Krayeva Mərkəz yaradılanda-ona ilk rəhbərlik edən Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru, Moskva Dövlət Linqvistika Universitetinin Fəxri doktoru Bella Musayevanın əvəzolunaz xidmətlərini sadaladı. Dillərin və mədəniyyətlərin dialoqunun qurulmasının “əyani tədris metodu” kimi Bella Musayevanın tələbələrini Azərbaycan toylarına aparığını- incə bir yumorla xatırladan rektor, – “Məncə bundan gözəl vasitə ola bilməz- dedi. Rektor tədbridə iştirak edən müxtəlif xalqların Mərkəzlərinə xitabən, onlara tədris proqramında bu “metoddan” yararlanmasını tövsiyyə etdi. Onun “Məncə, sizin də tələbələrinizi Daşkəndə, Düşənbəyə… öz milli toylarınıza aparmağınızın vaxtı çatıb”-deyə tədbirdə iştirak edən müxtəif Mərkəz rəhbərlərinə replika atması gülüşlə qarşılandı. (MDLU-də Özbəkistan, Tacikistan, Gürcüstan, Ermənistan, Ukrayna və s. Mərkəzlər fəaliyyət göstərir-red. T.V.)
MDB Baş katibinin müavini İlxom Nematov universitetin nəzdində fəaliyyət göstərən Mərkəzlər dillərin və mədəniyyətlərin dialoqları ilə xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini bildirdi. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzini yaranmasının 15 illik yubileyi münsibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğur dilədi.
Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfirinin müşaviri Zaur Paşayev səfir Polad Bülbüloğlunun təbrik məktubunu oxudu. MDLU nəzdindəki “Azərbaycan dili və Mədəniyyəti” mərkəzinin fəlaiyyətinin iki ölkə arasındakı münasibətlərdə, o cmlədən qarşılıqlı elmi-praktik mübadilələrdəki rolunu yüksək dəyərləndirdi. 2009-cü ildə təməli qoyulan Mərkəzə bundan sonrakı işlərində də başarılar arzuladı.
Digər çıxış edənlər -Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin Humanitar siyasət şöbəsinin rəhbəri Tamilla Əhmədova, Moskvadakı Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin rəhbəri Bəxtiyar Həsənov də Mərkəzin yaradılmasının 15 illik yubileyi ilə əlaqədar xoş diləklərini çatdırdılar.
Bəxtiyar Həsənov dilimiz və mədəniyyətimizlə bağlı bir çox layihələrdə birgə iştirak etdikləri, hər hansı bir təşəbbüs və təkliflə müraciət etdiklərində onları geri çevirməyən universitetin rektoru İrina Krayevaya xüsusi minnətdarlığını bildirərək, ona diasporun Fəxri-Fərmanını təqdim etdi. B. Həsənov Mərkəzin rəhbəri Leylaxanım İsmayılovanı da unutmadı.
Bakı Slavyan Universitetinin professoru Şərqiyə Həsənova Slavyan Universitetinin rektoru Anar Tağıyevin yubileylə bağlı təbrik məktubunu səsləndirdi.
Mərkəzin ilk rəhbəri Bella Musayeva dogma universitet divarları arasında keçirdiyi xoş xatirələri yenidən canladırdı. Tələbələrini adbaad sayaraq, onlarla keçirdiyi maraqlı səyahətlərdən danışdı.
Onu da qeyd edək ki, Bella Musayevdan sonra estafeti əlinə alan Zemfira Rüstəmova və Leylaxanım İsmayılovanın bu missiyanı uğurla davam etdirdiyi müxtəlif məruzəçilər tərəfindən dəfələrlə təkrarlandı.
Mərkəzin birinci qaranquşları- 15 illik yubileydə iştirak edən, Bella Musayevanın uzun illərdən sonra doğma yuvaya dönən tələbələri müəllimlərini ana-Azərbaycan dilində təbrik etmələri tədbirin ən kövrək məqamlarındandı.
Jurnalist Cəfərsadıq Abbasov da Bella Musayevanın fikrinin davamı olaraq bir az daha gerilərə gedərək , neçə illər əvvələ dayanan “Ocaq” cəmiyyətinin belə bir dil mərkəzi yaradılmasının təşəbbüskarı olduğunu söylədi. Və Mərkəzin Azərbaycan dili tədris edən ilk müəllimi kimi məsuliyyətinin ona həvalə oldunduğunu yada saldı.
“Bu gün bu şorbada mənim də payım olduğu üçün xoşbəxtəm”- deyib Mərkəzin ilk rəhbəri Bella Musayevanın və hazırkı rəhbəri Leylaxanım İsmayılovanın ünvanna xoş sözlər söylədi.
Tədbirin rəsmi hissəsindən sonra Mərkəzin hazırladığı konsert proqramı göstərildi.
MDLU “Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin” rəhbəri filologiya elmləri namizədi Leylaxanim İsmayılovanın tələbələri üçün özünün tikdiyi paltarlarla “Lalə” qızların Azərbaycan rəqsləri alqışlarla qarşıalndı. Tədbirin sürprizi isə Mərkəzin 1-ci kurs tələbələrinin iştirakı ilə hazırlanmış “Qaynana” kinokomediyasından göstərilən səhnəcikdi. Dilin və kinofilmin koloritini pozmadan şirin Azərbaycan ləhcəsi ilə nümayiş etdirilən tamaşa- “Afərin!” sədaları ilə sürəkli alqışlandı.
Bu yumoristik səhnənin rejissorluğunu da Leylaxanım İsmayılova özü etmişdi. Hətta epizodik rollardan birini özünün oynaması onun fəaliyyətinə qiymət vermək üçün yetərlidir, məncə.
Yubiley tədbiri “Qaynana” kinokomediyasından olan, tələbələrin birlikdə oxuduğu “Biz mehriban ailəyik” mahısı ilə bitdi.
Son remarka. Biz mehriban ailəyik. Bir-birimizin mədəniyyətinə yaxından bələd olub, bir-birimizin dilində danışmaq bizi mehriban bir ailədə qovuşdurar. O ailə “Dil və Mədəniyyət Mərkəz”lərindən başlanır.
Tünzalə Vəliqızı,
Moskva
20.04.2024