Miqrantlarla “Şit Moskvı” ictimai təşkilatı arasında dava
RF daxili İşlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə şimal-qərb dairəsində yerləşən yataqxanada baş verən davada 60 nəfər saxlanilib.
Hadisə dünən gecə (28 iyun) Fabritsius küçəsi ev 36/1 ünvanında baş verib. Yaxın xaricdən gələn miqrantların yaşadığı həmin ünvanda onların sənədlərinin qanuniliyini qoxlamaq məqsədiylə ora gələn ictimai təşkilat nümayəndələri arasında konflikt yaranıb və nəticədə tərəflər arsında dava düşüb.
Davada iştirak edən 35 miqrant və 25 ictimai təşkilat nümayəndəsi polis şöbəsinə aparılıb.
RF DİN məlumat verir ki, ictimai təşkilat “Şit Moskvı” (Moskvanın sipəri) adlanır. Hərəkat üzvləri qeyri-leqal miqrantların yerlərini təsbit etmək üçün müstəqil redlər keçirirlər.
/Yenises.ru/