Misirdə Əhmədinicata ayaqqabı atdılar
Misirdə Həzrəti Hüseyn Məscidində namaz qıldıqdan sonra xalqla salamlaşan Əhmədinicata suriyalı bir gənc ayaqqabı atıb.
İran prezidenti Əhmədinicatın 3 metr yaxınlığından ona ayaqqabılarını atan gəncin “Qardaşlarımızı öldürdünüz”-dediyi bildirilir.
Hadisəni videoya çəkən müxbir atılan ayaqqabının cangüdənlərə dəydiyini və suriyalı gəncin tutuldugunu göstərib.
/Yenises.ru/