Moskvada məhşur türk müğənnilərinin konserti olacaq
Moskvada VIII dəfə Artistlər arasında keçirilən futbol üzrə Dünya Çempionatı “ART-Futbol”” festivalı finala yaxınlaşır. İyunun 3-də başa çatacaq festivalda Türkiyənin məhşur sənətçilərindən ibarət futbol komandasının qatılması haqqında da saytımızda məlumat vermişdik. Furbol meydanını coşdura bilməsələr də, mahnıları ilə moskvalıları çoşduracaqlar. Moskvanın “”Lokomotiv”” futbol arenasında 6 türk müğənnisi paytaxt tamaşaçıları qarşısında konsert verəcək.
Halil Sezai bu arenadan “”Usyanı”” ilə hayqıracaq, Cem Kılıc “”Nasil bir insansın”” deyə aşkı ilə “”yakacak””, Burgahan Çayır “”Kal Yanımda”” deyə durduracaq, Deniz Cem “”Git dedim olmadı”” deyə sitəm edəcək , Mustafa K Öztürk “”Azize””sı ile yaraları saracaq və Umut Zen “”Allahu Allah”” deyə sakitləşdirəcək mahnılarıyla müsiqi həyacanı yaşadacaqlar.
On milyonlarla pərəstişkarları olan Türkiyənin tanınmış müğənnilərinin konserti Moskvanın “”Lokomotiv”” stadionunda saat 19:00 da başlayır. Konsertə giriş pulsuzdur.
Yenises.ru
“