Putin dörd DİN generalını işdən çıxartdı
Vladimir Putin DİN-nin dörd generalının işdən azad edilməsi haqqında fərman imzalayıb. Bu bir ayda yüksəkrütbəli pois əməkdaşlarının işdən çıxarılması haqqında ikinci fərmandır.
Fərmana əsasən DİN-nin başçısının köməkçisi Andrey Qrankin, Başqırdıstan Respublikasının daxili işlər naziri Mixail Zakomaldin, DİN-nin baş müfəttişi Yevgeni Martınov, daxili qoşunlar komandanının birinci müavini Aleksandr Butin tutuduqları vəzifədən azad olunublar.
Bu fərmanla Leninqrad vilayətinin prokuroru Stanislav İvanovun da işinə xitam verilib.
/Yenises.ru/