Putindən Rusiyaya dost olmayanlara – sillə kimi cavab
Pələngin ətrafında dolaşan çaqqallar;
Bizim qırmızı xəttimizi keçməyin, onun cizgilərini də özümüz müəyyən edirik;
Xoş niyyətimizi zəiflik kimi qəbul edənlər yanılır;
Hər kəsə hər cür cavabımız var. Assimetrik, cəld və sərt;
Bütün bunlar Rusiyanın beynəlxalq aləmdə yeri və ona münasibətə cavab olaraq söyləninənlərdir…
Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı ölkəsinə dünyadakı münasibəti Redyard Kiplinqin “Mauqli” əsərindəki personajlarla müqayisə etdi.
“Şirxanın ətrafında hər cür Tabaklar dolaşır”. Rusiya ətrafında baş verənləri pələng Şirxanın ərtafında dolaşan çaqqal Tabakkimlər-deyə xarakterizə edərək, öz ölkəsinin maraqlarında israrçı olduğunu da bildirdi.
Bundan əlavə Putin Rusiya ilə münasibətdə “qırımız xətti” də keçməməyi məsləhət gördü. “Qırmızı xətt”ə gəlincə, onun cizgilərini də özümüz müəyyən edirik-dedi.
“Bizim öz maraqlaırmız var və beynəlxalq qanun çərçivəsində bunda israrlı olacağıq. Kimsə eqosit tonla seçərsə, Rusiyanın ona verəcəyi cavablı var”-deyə prezident Rusiyaya qarşı olanlara yerini də göstərmiş oldu.
Dünya sanksiya təzyiqinə alışıb. O, Belorusiya prezidentinə qarşı hazırlanan sui-qəsd cəhdini misal gətirərək “Kollektiv Qərbin reaksiya vermədiyini” də vurğuladı.
“Biz dünyanın bütün ölkələri ilə mehriban münasibətdə olmaq istəyirik. Amma Rusiyaya ilişirlər. Kimsə bizim xoş niyyətimizi zəiflik kimi qəbul edirsə, yanılır. Bilsin ki, Rusiyanın buna cavabı assimetrik, cəld və sərt olacaq”- Putin bu sölərlə də dost olmayanlara ismarıcını yolladı.
Yenises.ru