Toğrul İsmayılın 60 illiyinə-təbriklər
İlk dəfə Toğrul hocanı 2015-ci ildə Türkiyə səmasında Rusiyanın təyyarəsinin vurulmasına həsr olunmuş tok-şouda Türkiyə təmsilçisi kimi gördüm və çox gürur duydum. Soyuqqanlı, təmkinli, bilikli cavabları ilə hər kəsi mat goymuşdu. Bir az sonra yenidən Moskvaya beynəlxalq konfransa gələrkən görüşdük. Ondan sonra hocamız dəfələrlə bizim ofisimizə gəldi, zum-konfransları keçirtməkdə bizə yardımçı oldu. Ümumiyyətlə, Toğrul bəy təkcə Türkiyə və Rusiya məsələlərində deyil, geopolitika sahəsində bizi maraglandıran bütün suallara cavab verməyi bacaran çox az sayda olan mütəxəssislərimizdəndir. Hər zaman müraciət edirik və onunla təmasda olmagdan məmnun qalırıq.

Dəyərli qardaşımız Toğrul bəyi 60 illik yubileyi münasibəti ilə komandamız adından təbrik edirəm, ona sağlamlıq və yeni yaradəcılıq uğurları arzulayıram!

Bu gun hamının sağıyla Hoca deyə müraciət etdiyi professor Toğrul İsmayılın 60 yaşı tamam olur. Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimovun adını daşıyan Milli Birlik qrupu yaradılanda Toğrul hocanı da bura dəvət etdim. Çox sağ olsun, bir o qədər işinin arasında sözümüzü yerə salmayıb sosial qrupumuzdakı insanların Azırbaycanın, eləcə də dünyanın siyasi gündəmində olan məsələlərlə bağlı maraqlandıran suallarını şərh etməyə razılıq verdi. O gündən bu günə bizimlədir. Bu yubiley ilində Toğrul hocamıza ən vacib olan can sağlığı, uzun ömür və karyerasında başarılar arzulayıram!

Toğrul müəllim mənim üçün bütün titullarından əvvəl həm də böyük türkçüdür. Bütün yazılarında, çıxışlarında, davranışlarında türklük ruhu, türklük əxlaqı, ərkanı ön plandadır. Professor pedoqoji fəailiyyəti ilə yanaşı, zaman-zaman Türkiyədən Rusiyanın, Azərbaycanın rəsmi kanallarındakı verilişlərə qatılaraq gündəmlə bağlı siyasi, tarixi, iqtisadi məsələləri yüksək səviyyədə şərh edir.
Toğrul müəllim həm də gözəl ailə başçısıdır. Oğlu Gürşad atasının, babasının yolunu davam etdirir və artıq ailədə 4-cü nəsil tarixçi yetişibdir deyə bilərik.
Gözəl dostumu yubiley münasibətilə ürəkdən təbrik edirəm, həmişə xoş əhvalda, sağlam canda və ruhda görmək istəyirəm!
Toğrul müəllim bizim fəxrimiz, mənimçün bilim və öyrənc məbədidir.
Həmişə var ol, uca ol Hocam!
Yenises.ru