Türkiyədə İŞİD-lə əlaqəsi olduğu güman edilən iki rusiyalı qadın saxlanılıb
![]()
Türkiyədə “İslam dövləti”” terror təşkilatının üzvü olmaqda şübhəli bilinən iki rusiyalı qadın saxlanılıb. Bu haqda RİA Novosti xəbər verib.
Rusiya vətəndaşlarının Suriya ilə həmsərhədd olan Şanlıurfada saxlanıldıqları qeyd edilir. O da bildirilir ki, qadınların ad və familiyalarının baş hərfləri B.İ. Və F.B-dır. Onlar qeyri-leqal şəkildə Suriyadan Türkiyəyə keçməyə cəhd ediblər.
Bundan başqa qadınların yanında doqquz uşaq da olub. Rusiyalılar özləri bəyan ediblər ki, ərləri Suriyada ölüb və onlar öz vətənlərinə -Rusiyaya qayıtmaq istəyirlər.
Sorğudan sonra qadınları polis şöbəsinə aparıblar.
Bir müddət əvvəl FSB-nın Zabaykalyedə “”İslam Dövləti “” tərəfdarını saxladığı haqda məlumat verilmişdi.
Yenises.ru“
