Yunanıstanda dövlət teleradio şirkəti bağlandı
Yunanıstandakı iqtisadi böhran dövlət teleradioşirkətini bağlamaq kimi mühüm addım atmağa məcbur etdi.
Yunanıstan höküməti ERT Teleradioşirkətinin bağlandığını elan edib. 7 telekanalın və bir sıra radiostansiyalar bu gün -12 iyundan etibarən işini dayandırmalıdır.
ERT teleradio şirkəti əməkdaşları tamaşaçı və dinləyicilıri onları dəstəkləməyə çağırıb. Afinada korporasiyanın ev-qərargahı qarşısına məşhur ictimai xadimlər və hüquqşünalar da daxil olmaqla , yuzlərlə insan toplaşıb.
ERT dövlət teleradiokanallarının bağlanması nəticəsində 2 min 800 nəfər işsiz qalıb. Onlara uyğun kompensasiya ödənəcək. Bəzi məlumatlara görə yaxın zamanlarda kiçik miqyaslı yeni özəl media-strukturu yaradılacaq.
Hökümətin bu qərarını bir çox siyasi patiyalar , həmçinin hakim koaliyasiyanın üzdə ikisi belə pisləyib.
Telekradioşirkətin bağlanması qərarı Yunanıstan hökümətinin büdcə vəsaitlərinə qənaət etmək məqsədiylə atdığı növbəti addım kimi dəyərləndirilir.
/Yenises.ru/