Zirəddin Rzayev üçüncü dəfə ata oldu (Eksklüziv)


Zirəddin Rzayev  üçüncü dəfə ata oldu (Eksklüziv)
Bu gün Rusiyada tanınmış azərbaycanlı ekstrasens Zireddin Rzayevin doğum gününə ən böyük hədiyyə qızının doğulması olub.

Atası ilə eyni gündə dünyaya gələn ailənin üçüncu balasının sevincini yaşayan Zirəddin Rzayevə bundan böyük hədiyə olmazdı.

Yenises.ru-nun məlumatına görə Moskva klinikalarının birində saat 10-da dünyaya gələn körpə özünü atasının doğum gününə çatdırıb. Körpənin və anasının vəziyyəti yaxşıdır.

Xatirladaq ki, Zirəddin Rzayevin 7 yaşında Aydan adlı qızı və 3 yaşında Ruslan adlı bir oğlu var. Bu gün doğulan qız balamız ailənin üçüncü övladıdır.

Qeyd edək ki, bu gün Zirəddin Rzayevin də doğüm günüdür. 3-cü övladı dünyaya gələn gənc atanın bu gün 31 yaşı tamam olur.

Ekstrasensimizi ailəsində olan bu artım və özünün də “Ad günü” münasibətilə təbrik edirik.

Tünzalə Vəliqızı, Moskva


Bir cavab yazın