Deputatlar böhranı xalqla birgə yaşamağı düşünür, maaşlarının azaldılmasını xahiş edirlər


Deputatlar böhranı xalqla birgə yaşamağı düşünür,  maaşlarının azaldılmasını xahiş edirlər
Dövlət Dumasnın aşağı palatası RF prezidenti Vladimir Putinə Rusiyanın 215-ci il büdcəsinə düzəlişlər etmək üçün maaşlarının azaldıması ilə bağlı müraciət etmək fikrindədir. Bu təklif parlamentin aşağı palatasının bütün fraksiyası tərəfindən dəstəklənərsə, o zaman reallaşacaq -deyə jurnalistlərə spiker Sergey Narışkin məlumat verib.

Narışkin büdcəyə düzəlişlər etmək, həmçinin Dövlət Dumasının smetasını da dəyişdirməyi düşündüklərini qeyd edib. O, Dumanın bütün dörd farksiyasından deputatlaırn maaşlarının azaldılması məsələsini müzakirə etməyi xahiş edib. “Əgər fraksiyalarda mənim təklifim müsbət dəyərləndirilərsə, biz eyni təkliflə prezidentə müraciət edəcəyik””-deyə qeyd edib.

Bundan əvvəl də Dumanın spikeri bildirmişdi ki, büdcəyə düzəlişlər edərək xərcləri ixtisar etmək lazımdır, lakin bu düşünülmüş şəkildə edilməlidir.

Dövlət Dumasının şurası bu gün deputatların maaşının mümkün azaldılması məsələsini müzakirə ediblər. Bunu jurnalistlərə vitse-spiker İvan Melnikv deyib.

Birinci vitse-spiker əvvəlcədən də bütün təşkilatların, o cümlədən parlamentin büdcəsinin azaldılması məsələsi ilə bağlı Dövlət Dumasının sədri Sergey Narışkinin çıxış etdiyini söyləyib . Melnikovun sözlərinə görə bir neçə deputatın bu məsələyə reaksiyası pozitiv olub.

Dövlət Duamsından da bu təklifin bir çox deputatlar tərəfindən dəstəkləndiyi təsdiq edilir.

“”Spravedlivaya Rossiya”” fraksiyası eyni tədbirin nazirlərə münasibətdə də tətbiq olunmasını təklif edib. “”Elita xalqın hiss etdiyi böhranın nəticələrini bölüşməlidir””-deyə fraksiyanın müavini Mixail Yemelyanovun sözlərinindən “”İnterfaks”” misal gətirib.

Xatırladaq ki, Dövlət Dumasının deputatları ayda 360 min rubl maaş alır. Bütün deputatların maaşı eynidir. Parlanmentarilərdən birinin dediyinə görə yalnız spikerin maaşı artıqdır.

/Yenises.ru/


Bir cavab yazın